Tibbi Onkologiya mütəxəsisi Doç. Həkim Andaç Argon, xərçəngi həyatımızdan uzalaşdırmaq üçün tövsiyələr etdi:
Siqaret çəkməyin
Təcrübələr göstərir ki, gündə tək bir dənə də siqaret çəkilməsi, xərçəngə səbəb ola bilir. Bu kontekstində qəlyan, siqar və tənbəki kimi digər tütün məhsullarında istifadə risklidir.
Məsələn; bir qəlyan istifadəsi təxminən 50 ədəd siqaret içmiş kimi olduğunuzu yaddan çıxartmayın! Yanınızda siqaret çəkən biri varsa heç vaxt güzəştə getməyin.
Ət istifadəsinə diqqət
Ət istifadəsini ifrata çatdırmayın. Xərçəngdən qorunmaq istəyirsinizsə, həftədə yarım kiloqramdan artıq ət yeməyin.
Yatarkən yemək yeməyin
Yatmazdan 3 saat əvvəl yemək yeməyə son qoymağa çalışın.
Tüstüləməyin
Qızartma, manqal və tüstüləmə kimi sağlam olmayan metodlarla hazırlanan yeməklər yeməməliyik.
Gecə 12-dən sonra işıqları söndürün
Nizamlı yuxu: Böyüklər gündə 7,5 saat ayılmadan yatmalıdır. Ayrıca ən gec saat 12-də, işıqsız bir mühitdə yuxuya getməyiniz lazımdır ki, bizi xərçəngdən qoruyan melatonin hormonu ifrazlanmaya başlasın. Gündüz yuxuları da eyni faydanı yaradır.
Günəş işıqlarından qorunun
Günəş, xüsusilə, yaz aylarında ya da qarlı yüksək bölgələrdə yaşayanların, qış aylarında da günəşin təhlükəli ultra-B işıqlarına diqqət etməlidirlər. Yazda saat 10-15 arasında heç vaxt dənizə girilməməli, küçəyə çıxarkən də günəş şüalarından qoruna biləcək şəkildə geyinməliyik.
Nə geyindiyinizə diqqət edin
Kimyəvi məhsullara məruz qaldığımız digər bir yerdə geyimlərimizdir. Xüsusilə, uzaq şərqdən gətirilən geyimlər və oyuncaqların rənglənməsində istifadə olunan azo maddəsi təhlükəli kimyəvilərdir. Bu məhsullardan uzaq durmalıyıq.