Qadin.NET / Duruşunuz sağlamlığınıza necə təsir edir?

Duruşunuz sağlamlığınıza necə təsir edir?

Duruşunuz sağlamlığınıza necə təsir edir?

 

Sağlam və xoşbəxt olmaq üçün duruşunuzu düzəltməyinizin kafi olduğunu desək nə deyərsiniz? Bəli, düz durmağın sağlamlığınıza təsiri böyükdür. Enerjili, özünə inamlı və sağlam olmaq istəyirsinizsə, duruşunuzu düzəltməyə çalışın.

Ümumilikdə çiyinləri aşağı şəkildə yeriyən və ya səhərdən axşama qədər  stol arxasında işləyən birisinizsə, gün ərzində dik durmağa çətinlik çəkə bilərsiniz. Bir müddət dik durmağa çalışsanız da qısa müddətdən sonra fərqində olmadan çiyniniz aşağı düşə bilər. Ancaq bu duruş pozuqluğunun çox zaman fərqində olmursunuz. Hətta bu həm sağlamlığınızı, həm də psixoloji mənfilik yarada bilər. Bu vəziyyəti tərsinə çevirmək üçün duruşunuzu düzəltməyiniz kafidir. Duruşunuzun sağlamlığınız üzərindəki təsirləri:

Stresə qarşı dimdik durun

Günümüzdə stres və sıxıntı yaşamayan yox dərəcəsindədir. Bu problemlə baş etməyin asan olmadığını bilirsiniz. Ancaq stresi tarazlayıb özünüzü yaxşı hiss edəcək bəzi hərəkətlər etməniz mümkündür.

Bunun üçün dərin bir nəfəs alıb sinənizi sıxın və dura bildiyiniz dərəcə dik durun. Olmayacaq düşüncələrə qapılıb özünüzü sıxdığınız vaxtlarda da çətinliklərin üzərindən gələcəyinizi fikirləşərək dik durun.

Bəzi vaxtlar onurğanız azca aşağı düşə bilər. Belə anlarda vəziyyəti görər görməz düzəlin. Ayaq üstə və ya oturarkən dik durmağınızda fayda var. Beləcə həm özünüzü güclü hiss edər, həm də özünə inamlı yüksək bir profil çəkərsiniz.

Enerjinizi artırın

Enerjili və gümrah bir günə başlamağın  ən yaxşı yolu dimdik durmaqdan keçir. Xoşbəxt və enerjili olmaq istəyirsinizsə, düz durun. Çiyinlərinizi və belinizi nə qədər aşağı salsanız, mənfi enerji ilə dolarsınız. Halbuki, dik durduğunuzda enerjiniz iki qat qalxacaqdır.

Duruşunuz sağlamlığınıza necə təsir edir?

 

Baş ağrısı ilə sağollaşın

Araşdırmalar nəticəsində dik durmaq ilə baş ağrısı arasında ciddi bir münasibət var. Stol arxasında əyilərək oturduğunuzda və ya səfər əsnasında kompyuterə və kitaba baxmaq uçun qabağa əyildiyinizdə başınızın ağrıması təsadüfi deyil. Gün ərzində sizində tez-tez başınız ağrayırsa, duruşunuza diqqət edin. Kitab oxuyarkən həddinnən artıq qabağa əyilməyib başınızı azca aşağı sallamaq bu cür baş ağrılarının qarşısını alar. Beləliklə, dik durmağa öyrəşəcəyiniz kimi göz sağlamlığınızı da qorumuş olacaqsınız.

Boyun və onurğa ağrılarına son

Ümumilikdə stol arxasında işləyənlərin ən çox qarşılaşdığı problemlərdən biri boyun və onurğa ağrıları olur. Bu cür ağrıların yaranma səbəbində düzgün olmayan duruşun payı böyükdür. Kompyuterə daha yaxın olmaq üçün əyilərək işləmək, sonrasında sizə kürək və boyun ağrısı  olaraq geri qayıda bilər.

Uzun vaxt hərəkət etməyən və ya səhv şəkildə dayananlar kürək ağrısıyla qarşılaşa bilər. Bu cür ağrıların qarşısını almaq üçün stol arxasında dik  oturmağa cəhd edin.  Ayrıcaqol və çiyinlərinizlə müxtəlif isinmə hərəkətləri edərək ağrıların qarşısını ala bilərsiniz.

Özünüzə inamınızı yüksək tutun

Qərarlı, özündən əmin və özünə inammı yüksək insanları incələdikdə diqqətinizi çəkən duruşları olacaqdır. Özünə inanan insanların daim dik durduğunu deyə bilərik. Bu dik duruş ilə həm özünüzü daha yaxşı hiss edər, həm də özünə inamınızı artırarsınız. Siz özünüzə nə qədər inansanız kənardakı insanlarda sizə bir o qədər  hörmət edər.

28 yanvar 2018
GO BACK