Qadin.NET / Günorta yaranan baş ağrılarının səbəbləri

Günorta yaranan baş ağrılarının səbəbləri

Günorta yaranan baş ağrılarının səbəbləri

Günortalar çox adamda baş ağrıları olur. Bu adətən günorta yeməyindən sonra saat 5-ə kimi olan vaxt ərzində olur. Bunun öhdəsindən necə gəlmək olar?

Tibbi səbəblər

Cənubi Florida universitetinin açıqlamasına görə günorta yaranan baş ağrılarının səbəbi çox vaxt əzələ daralması yaxud qan şəkərinin artıb azalması ilə əlaqəli olur. Əzələ daralması çox vaxt düzgün olmayan oturuş zamanı onurğa sütunun əyilməsindən yaranır. Damarların daralması ilə əlaqəli də baş ağrısı ola bilər

Günorta yaranan baş ağrılarının səbəbləri

Həyat tərzindən qaynaqlanan baş ağrıları

Günəş altında çox qalmaq, aclıq, stress, həmçinin yuxu rejiminin pozulması da baş ağrıları ilə nəticələnə bilər.

Günorta gərginliyi

Merck-ə görə, günortalar insanlarda gərginlik olur. Bununla əlaqəli olaraq, başınızın ətrafında gərginlik hiss edə bilərsiniz. Bu 30 dəqiqə yaxud da daha çox davam edə bilər.

Günorta yaranan baş ağrılarının səbəbləri


Həll yolu

Günortadan sonra kiçik qəlyanaltı sizə qan şəkərinizi sabit saxlamağa kömək edə bilər.

Günorta yaranan baş ağrılarının səbəbləri


Müalicə

Əgər baş ağrılarınız xroniki hal almağa başlayıbsa, həkimə müraciət etməyiniz daha çox məqsədə uyğundur.

Mənbə: http://www.livestrong.com/article/268018-what-to-do-for-daily-afternoon-headaches/

21 aprel 2018
GO BACK