Qadin.NET / Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Artıq maye və tullantıları bədəndən atmaq üçün böyrəklər vacib orqan hesab olunur. Hər bir şəxs onun üçün bəzən problem yaradan böyrəkləri yaxşılaşdırmaq üçün təbii yollar axtarır. Bəzən zədələnmiş böyrəyin funksiyalarını yenidən bərpa etmək mümkün olmur, lakin dəyişdirilmiş pəhriz böyrək xəsətliklərinin yaratdığı zədəni qismən yaxşılaşdıra bilir.

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Su içmək. Suyun içilməsi böyrəklər üçün olduqca xeyirlidir. Yüksək dərəcədə şəkərli içkilər, kofein yaxud zülal qəbulu böyrəklər üçün stress faktoru yaradır. Bir çox insan gərək gün ərzində 8 fincan maye qəbul etsin. Lakin maye qəbul edərkən bəzi fiziki vəziyyətinizi gərək nəzərə alasınız. Bəzi insanların artıq mayeni bədəndən atmaq funksiyası normal işləmir. Bunu nəzərə almaq lazımdır.

Duza limit qoyun. Duzun çox qəbulu böyrəklər üçün ziyanlıdı.

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Bədəndən atıla bilməyən artıq duz qalığı damarlarda qan axışına problem yaradır. Maye duzu öz tərkibində saxlayır. Bu nəfəs almada çətinlik yaradır. Xroniki böyrək xəstəliyi olan şəxslər bacardıqca duzdan uzaq durmalıdırlar. Meyvələr və tərəvəzlər ən yaxşı seçim sayılır.

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Spirtli içkilərdən uzaq durun. Spirtli içkilər böyrəklər üçün xüsusilə ziyanlı sayılır. Qadınlar üçün günlük spirtli içki limiti bir qədəh, kişilər üçün isə iki qədəh hesab olunur.

Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar

Zülalı azaldın. Zülal da böyrəklər üçün zərərli sayılır. Böyrəklərində problem olan insanlar zülalla zəngin olan yeməklərə, ətə, südə, yumurtaya, pendirə limit qoymalıdırlar.

Tərcümə: Aidə

Mənbə linkdə: http://www.livestrong.com/article/220934-natural-ways-to-help-kidney-function/

8 dekabr 2016
GO BACK