Qadin.NET / Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)

 

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)



 

Qəhvə və çay kimi içkilər əslində burun və boğaz sekresiyalarını qurutduğundan, bunun əvəzinə cökə, itburnu, nanə-limon çayı istehlak etmək təklif edilir.

 

Spirt isə burun və yanaqların qızarmasına səbəb olaraq bədən istiliyin artdığı hissini versə də, tam tərsinə istilik itkisinə səbəb olur və soyuq dəymə, donma riskini artırır. Ayrıca sidiklə su itkisinə də səbəb olur.

 

Burun, boğaz və ağ ciyər hava yolları toz və mikrobun içəriyə girməsinə mane olan bir çox incə tükcüklərə sahibdir. Onlara ən çox ehtiyacımız olduğu küləkli və soyuq havalarda siqaret çəkməyə davam etmək tənəffüs yolu xəstəliklərinə səbəb olur.

 

Daimi edilən məşqin bir çox faydası ilə yanaşı soyuq havalara bağlı soyuq dəymə və qrip xəstəliklərinə qarşı dayanıqlılığı artırdığı bilinir. Nizamlı məşq edənlər bu xəstəliklərə yüzdə 50 daha az tutulur. O cümlədən,  soyuqladıqda özünüzü yorğun hiss etmirsinizsə məşqə davam etməklə yüzdə 30 daha tez yaxşılaşırsınız. Soyuqda edilən məşq bu baxımdan daha da faydalıdır.

 

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)



 

 

Avtomobilinizdə ən az 2 gün çatacaq miqdarda su və qida, qalın ədyal, təcili yadım çantası saxlamalısız. Soyuqda donmayı əngəlləmək üçün hərəkətsiz qalmamaq, xüsusilə, əl və ayaq barmaqlarını işlətmək lazımdır.

 

Qar, buz, yağış xüsusilə yaşlıların yıxılmasına və onlarda asanlıqla qırıqların yaranmasına səbəb ola bilir. Çölə çıxmaq məcburiyyətində olanların sürüşməyən ayaqqabı geymələri, çəlik daşımaları, kiçik addımlarla getmələri, mümkünsə yanlarında birinin olması məsləhət görülür. Yıxılan zaman özünüzü qoruya bilmək üçün əllərinizin cibinizdə olmaması lazımdır.

 

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)



 

C vitamin ilə zəngin olan portağal, qreypfrut, qırmızı bibər, itburnu, o cümlədən kefir, qatıq, sirkə, turşu kimi fermentləşdirilmiş faydalı bakteriyalarla zəngin qidaların, immunitet sisteminin xammalı olan heyvani zülallarla zəngin balıq, ət və süd məhsullarının istehlakı mikroblara, soyuğa qarşı dayanıqlılığı artırır. Şəkərli qidalar isə immunitet sisteminin mikroblarla mübarizəsini çətinləşdirir, düyü, kartof, xamır yeməklər, desertlər, şərbətlər bu baxımdan zərərli görülür.

Hər şeydən əhəmiyyətlisi, günəş görmədiyimiz üçün qışda ən çox azalan və xəstəliklərə qarşı qoruyucu təsiri olan D vitaminimizi, qan təzyiqimizi ölçdürməli və həkimlə məsləhətləşərək çatışmamazlığımızı ödəməliyik.

 

7-8 saatlıq keyfiyyətli yuxu immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətimizi artırır.

 

Yuxarıda sadalanan məsləhətlərə əməl etməklə daha sağlam qış fəsli keçirə bilərsiniz.

 

 Müşfiq

2 oktyabr 2016
GO BACK