Qadin.NET / Böyrək daşı xəstəliyi 2-ci hissə

Böyrək daşı xəstəliyi 2-ci hissə

Böyrək daşı xəstəliyi 2-ci hissə

Qatıq

Kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında böyük rol oynayan qidalardan biridir. Xüsusi ilə yemək aralarında yeyilən qatığın böyrək sistemini təmizləyən və işinə kömək edən təsiri mövcuddur. 

Böyrək daşı xəstəliyi 2-ci hissə

Balqabaq tumu

Sink və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omega 3 təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir.

Balqabaq

Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını alır. 

Böyrək daşı xəstəliyi 2-ci hissə

Alma

Qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir. Alma böyrəyi təmizləyir və lif tərkibiyilə süzmə əməliyyatını ən yaxşı formada reallaşdırır. 

Böyrək daşı xəstəliyi 2-ci hissə

Cəfəri

C vitamini təsiri yüksək olan cəfəri tərkibində olan vitamin və minerallarla böyrəkləri təmizləmə və işinə dəstək olma baxımından əvəzsizdir. Tərkibində su olan cəfəri hər səhər yeməyində çiy formada yeyildikdə dəmirin sorulmasına kömək edir.

Gavalı

Bədəndə dəmirin sorulmasına kömək edən gavalı A,B,C vitaminləri baxımından olduqca zəngindir. Böyrək başda olmaqla ürək və xolestrol xəstəliklərinə də yaxşı təsir edir. 

Böyrək daşı xəstəliyi 2-ci hissə

Somon balığı

 Omega 3 tərkibli balıq qrupları böyrək xəstəliklərini müalicə edən gücə malikdir. Sink və dəmir tərkibi böyrəklərin işləməsinə və xəstəliklərinin yaranmasının qarşısını almağa yardım edir.

Düyü

Düyü böyrək xəstəlikləri nəticəsində itirilən kalorilərin bərpası və xəstəliyin inkişafının qarşısının alınması, insanın həyat keyfiyyətinin artmağı baxımından olduqca əhəmiyyətlidir.

6 iyul 2016
GO BACK