Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər.Amma sən demə bunun da səbəbləri var,ingilislərin sözü ilə desək bunun səbəblərindən biri də məhz "fast food"lar yəni ayaqüstü yeyilən yeməklərdir. "Fast food"lar ayaqüstə-hərəkətdə yeyilməsinə baxmayaraq yenə də öz işini görür, və nəticədə artıq çəki problemi yaranır.Buna görə də təəcüblü deyil ki, dünyanın ən çox şişman adamları da "fast food"ların vətənindən, yəni qərb ölkələrindəndir.
Ana südü kiçik yaşlı uşaqlarda astma xəstəliyinə qarşı müdafiə yaratmaq bacarığına malikdir.Lakin tez-tez "fast food"kimi yeməklərin qəbulu bu effekti sıfra endirir.Bu fikrə Kanada və Amerika alimləri gəlmişdir. Amerikada aparılan araşdırmalar "fast food"yeməklərinin məsələn hamburgerin aclıq hissi yaratdığını və bu hissin 3 gün davam etdiyini göstərib.
Araşdırmalarda iştirak edən doktor Deborah Clegg deyib ki, bu yeməklərdəki yağlar mədəyə getməmişdən əvvəl beyində aclıq və toxluq hissi yaradan nöqtəni neytrallaşdırır. Beləliklə yeyilən yemək toxluq hissi yaratmır. Həmçinin Amerikanın "Forbes"jurnalı keçən il 194 ölkə arasında artıq çəkililəri araşdırarkən müəyyən edib ki,Azərbaycan əhalisinin təqribən 57 faizindən çoxunda çəki normadan artıqdır. Ekspertlərin fikrincə buna səbəb az fiziki hərəkət və stressli işlə yanaşı həmdə "fast food"lar imiş. Britaniyalı həkimlər isə çipsinin, hamburgerlərin,koka kolanın tərkibində olan yağın və şəkərin qəbulunun narkotik asılılığına oxşar asılılıq törətdiyini sübut etdilər
Alimlərin fikrincə "fast food" yeməklərinin hamısı insan orqanizmində kimyəvi proseslərin gedişini təxminən heroindən istifadə edən narkomanlardakı kimi pozur.Həmdə doyma hissimizi tənzimləyən hormonun ifrazında disbalans yaradır.Ona görə də "tez yemək"yəni "fast food" yerlərinin müştəriləri daimi aclıq hissi keçirirlər. "Fast food" yeməkləri insanın səhhətinə mənfi təsir göstərdiyi üçün bu yeməklərdən uzaq durmaq lazımdır.