Qadin.NET / Hatilozdan (halitosis) xilas olmağın yolları

Hatilozdan (halitosis) xilas olmağın yolları

 

 

Hatilozdan xilas olmağın yolları-hatiloz və ya başqa sözlə desək ağızda xoşagəlməz iylər, xüsusilə, səhərlər müşahidə edilir. Hatiloz (halitosis) fizoloji, patoloji və psixoloji olmaqla üç qrupa bölünür. Ancaq səbəb nə olursa-olsun, hatilozdan xilas olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərsiniz:

1.Dişlərinizi və dilinizi gündə ən azı 2 dəfə fırçalayın. Vəziyyətdən asılı olaraq bu rəqəmi artırmaq da olar.

2. Gündə ən azı bir dəfə diş ipindən istifadə edin. Bu, həmçinin, halitoza səbəb olan zərərli bakteriyaları məhv etmək üçün də vacibdir. 3. Diş firçanızı quru və təmiz yerdə saxlayın və istifadə etdikdən sonra yaxşıca yuyun. Həmçinin, diş firçanızın tükləri seyrək, sərtliyi orta, ölçüsü isə kiçik olmalıdır.

4. Hər il dişinizi təmizlemek üçün diş həkiminə müraciət edin. Digər tərəfdən, halitozun bir diş əti iltihabının, yoxsa bir diş əti xəstəliyinin əlaməti olduğunu ancaq diş həkiminiz müəyyən edə bilər.

 

Hatilozdan (halitosis) xilas olmağın yolları

 

 

5. Dişlərinizi və diş ətilərinizi qoruyun. İstər diş çürükləri, istərsə də diş əti iltihabları halitozun əsas səbəblərindəndir.

6.Halitoz həmçinin bir patoloji problemdən xəbər verə bilər. Buna görə də, əgər halitoz sizdə xronikidirsə, həkimə müraciət edin.

7. Çoxlu su için. Bəzən susuzluq da ağızda halitoza səbəb ola bilər. Buna görə də hər gün ən azı 8 stəkan su içərək halitozun qarşısını ala bilərsiniz.

8. Tərkibində su çox olan meyvə (alma) və tərəvəzlərdən (pomidor) istifadə edin.

9. Sarımsaq və ya soğandan uzaq olun, ya da sarımsaq və ya soğanı bişirərək yeyin.

10. Nanə yarpağı çeynəyin. Nanə yarpağı təbii olaraq nəfəsinizin "keyfiyyətini" yaxşılaşdıra bilər. Digər tərəfdən, nanə yarpağı mədə-bağırsaqlar üçün də faydalıdır.

11. Çətin həzm olunduqları üçün süd və süd məhsulları da bu problemə səbəb ola bilər.

12. Darçından istifadə edin. İstər yeməklərdə , istərsə də ickilərdə darçından istifadə edə bilərsiniz. Darçın ağız bakteriyaları ilə mübarizədə ən böyük silahdır.

13. Hər gün təzə mayalanmış qatıq yeyin.

 

Hatilozdan (halitosis) xilas olmağın yolları

 

 

14. Şəkər "istehlakını" azaldın. Çünki şəkər və şəkər məhsulları ağızdakı bakteriyalar üçün ideal xəzinədir. Digər tərəfdən şəkər və şəkər məhsulları diş çürüklərinə səbəb olur.

15. Yeməkləri yaxşı çeynəyin. Belə olduqda tüpürcək ifrazı artır və ağızda yemək qalmaq ehtimalı azalır. Digər tərəfdən, daha çox çeynəmək daha çox bakteriyanı məhv etmək deməkdir.

 

Hatilozdan (halitosis) xilas olmağın yolları

 

 

16. Qara çayın da tərkibində halitoza səbəb olan bakteriyaları zərərsizləşdirən mühüm maddələr var. Daha yaxşı nəticə əldə etmək üçün qara çayı yeməkdən sonra icmək məsləhətdir.

28 fevral 2016
GO BACK