Qadin.NET / Hamiləlik zamanı şişmə və uyuşma

Hamiləlik zamanı şişmə və uyuşma

Hamiləlik zamanı şişmə və uyuşma

Hamiləlik zamanı əllərdə, ayaqlarda şişlik (Ödem)

Hamiləlikdə tez-tez rast gəlinən şikayətlərdən biri də xüsusilə ayaqlarda və əllərdə görülən şişlərdir. Hamiləliyin ilk aylarında o qədər də rast gəlinmir, hamiləliyin sonuna doğru şişlərin görülməsi bir o qədər də artır. Ən çox ayaqlarda, ayaq topuğunda olur. Əllərdə daha nadir görülür. Şişlik zamanı ayğınızı ayaqqabı barmağınızı isə üzük sıxmağa başlaya bilər. Əllərdəki şişlik çox şiddətli olduqda karpan tunel sindromu (sinir sıxılması) görülə bilər. Əllərdə uyuşma, tikan batması və gücsüzlük kimi hallar ola bilər. Karpan tunel sindromu haqqında daha ətraflı məlumatla sonrakı məqalələrimdə tanış ola bilərsiniz.

Hamiləlik zamanı şişmə və uyuşma

Hamiləlikdə şişlər necə yaranır?

Hamiləlikdə orqanizmdə saxlanılan su artır, damar içərisində qan miqdarı da haradasa 50 % nisbətində artar. Bu səbəbdən damar xaricində toxumalarda şiş əmələ gələ bilər. Xüsusilə ayaqda çox duran insanlarda yer çəkiminin təsiri ilə ayaq, ayaq topuqları və ayaqlarda şiş çox görülür. Çəkisi çox olan hamilələrdə şişlər daha çox görülür, çəkicə zəif hamilələrdə şişə çox rastlanmaz.

Şiş bəzən hamiləlikdə yüksək təzyiq (preeklampsi, hamiləlik zəhirlənəmsi) deyilən vəziyyətə də müşayiət edə bilər. Preeklampsi varlığında yalnız şiş olmaz, yüksək təzyiq, sidikdə çox zülal atılması kimi tapıntılar da olur. Hər bir şiş preeklampsi mənasına gəlmir ancaq çox şişi (üzdə də şişlər olmuşsa) və çəkisi olan hamilələrdə preeklampsi inkişaf riski daha çox olduğu üçün diqqətli olmaq lazımdır.

Diqqət: Əgər ayaqlarınız şişliklə birlikdə qızartı, ağrı, temperatur artımı kimi əlamətlər varsa və hər iki ayaq arasında nisbətsiz şiş varsa, infarkt kimi ciddi bir vəziyyətə gətirib çıxarda bilər. Bu halda mütləq həkiminizə müraciət edin.

Hamiləlik zamanı şişmə və uyuşma
Şişləri azaltmaq üçün nələr etmək lazımdır?

Şişləri azaltmaq üçün ən önəmlisi ayaqda çox durmamağa qayğı göstərməkdir. Zaman-zaman uzanmaq və ayaqların altına yüksək bir yastıq qoymaq şişlərin qarşısını alır. Məşqlər edənlərdə şişlər daha az görülür. Şişlər var deyə qətiyyətlə su içməməzlik etməyin, su içmək şişlikləri artırmaz, əksinə azaldar, bol su içmək hamiləlikdə faydalıdır. Şişlərin qarşısını almaq üçün ideal olan normal miqdarda duz istehlakına davam etməkdir. Dar şalvar və corablar geyinməyin, rahat, bol paltarlar geyinin. Uzanma imkanınız olmadığınız zamanlarda ayaqlarınızı bir stulunun üzərinə uzadaraq oturun. Ayaq ayaq üstünə ataraq oturmayın.

Hamiləlikdə əllərdə uyuşma, tikanlaşma, hissiyatsızlıq, halsızlıq

Hamiləlikdə zaman zaman əllərdə uyuşma, tikanlaşma, yanma, ağrı, sızlama hissləri ola bilər, hətta daha da irəli dərəcədə olsa zəiflik, hissiyatsızlıq kimi şikayətlər də ola bilər. Xəstə xüsusilə baş barmaq və üzük barmağı arasında barmaqlarda bu şikayətlərin olduğunu ifadə edər, bir əşyanı tutarkən çətinlik çəkdiyini hətta əlindən saldığını söyləyər. Bu şikayətlər Karpal Tenül Sindromu deyilən əl biləyində sinir sıxılması halına bağlı inkişaf edir. Karpal tunel sindromu yalnız hamilə qadınlarda olmaz, hamıda yarana bilər xüsusilə əlini və əl biləyini davamlı təkrarlayan hərəkətlərlə işlədən insanlarda (davamlı kompüter istifadə etmək kimi) görülür. Hamiləlikdə xüsusilə 5-ci aydan sonra olur bu ağrılarr çünki bu aylardan sonra bədəndə kilo artması, su tutulması, şişlik artır. Hamilə xanımların təxminən 20 %-də karpan tunel sindromuna rast gəlinir. Doğumdan sonra şikayətlərin çoxu keçər.

Karpal tunel sindromu əl biləyindən keçən median sinirin sıxılmasına bağlı inkişaf edən əllərdə uyuşma, tikan batması, halsızlıq kimi şikayətlərlə xarakterizə bir haldır. Median sinirin əl topuğundan keçdiyi tunelə bənzər formaya karpal tunel deyilir. Hamiləlikdə orqanizmdə su tutulması və çəkinin artması ilə bu sinir sıxışa bilər. Median sinir baş barmaq, şəhadət barmağı və orta barmağın tamamında və üzük barmağının yarısında hiss etmə duyğusunu təmin edir. Həmçinin baş barmağın autizm funksiyanı təmin edən əzələni də median sinir bəsləyir. Bu səbəblə median sinir sıxışdığı zaman bu barmaqlarda duyğu itkisi olur, baş barmaqda gücsüzlük olur. Əlin digər barmaqlarına təsir etməz, çünki onları başqa sinirlər bəsləyir.
Hamiləlik zamanı şişmə və uyuşma

Müalicəsi

Diaqnostika və müalicəsi ortopediya mütəxəssisləri tərəfindən tətbiq edilir. Müalicədə əl qolunu düz vəziyyətdə saxlamaq üçün bint, otell kimi tədbirlər görülür. Bəzən əl biləyinə steroid dərmanlar injeksiya edilir. Bu üsullarla yaxşılaşma olmazsa, ciddi hallarda əl biləyinə tətbiq edilən kiçik bir cərrahi əməliyyat ilə sinir sıxılmadan xilas edilir.

Hamiləlikdə karpal tunel sindromundan uzaq olmaq üçün orqanizmdə su toplanmasını azaltmaq və duz istehlakını azaltmaq lazımdır. Həddindən artıq kilo artımından qaçınmaq lazımdır. Əl biləyinə daim işlədən bir iş görülürsə, arada istirahət etdirmək lazımdır. Əllərin üzərində yatmaqdan qaçınmaq lazımdır.

Fuad Nəzərov
1 oktyabr 2015
GO BACK