Qadin.NET / Vertigonun çarəsi manevr hərəkətləridir

Vertigonun çarəsi manevr hərəkətləridir

 

Vertigonun çarəsi manevr hərəkətləridir

 

 

Daxili qulaqdakı tarazlıq daşlarının oynamasına bağlı yaranan və həyat keyfiyyətini aşağı salan vertigo manevr hərəkətləri ilə müalicə edilə bilir.

Baş dönməsi ilə tarazlıq pozğunluğu yorğun və stressli şəhər həyatında tez-tez baş verən narahatlıqlar arasında yer alır. Bir çox xəstəlik baş dğnməsinin səbəbi sayıla bilər ikən, daxili qulaqdakı tarazlıq daşlarının oynamasına bağlı yaranan vertigo, insanın iş və sosial həyatını alt-üst edə bilir.Daxili qulaq kristalları kimi adlandırılan tarazlıq daşlarının səbəb olduğu baş dönmələrinin diaqnostika və müalicəsi haqqında bunları bilməliyik.

Ani hərəkətlər təkan verə bilər

İnsan bədənində tarazlığı təmin edən orqan daxili qulaqdır. Daxili qulaqda yerləşən kanallarda çoxsaylı kiçik qum dənəsi kimi daşlar var. Travma, uzun müddətli səyahətlər, başın qəfil hərəkətləri kimi səbəblərlə bu kiçik daşlar yerindən oynayaraq tarazlıq sistemininə xəbərdarlıq edir. Cəmiyyət içində daxili qulaq kristallarının yerindən oynaması olaraq adlandırılan “Benign (Xoşxassəli) Pozisya Paroksismal Vertigo (BPPV)” başın anidən hərəkəti ilə başlayan, qısa müddətli olan və şiddətli şəkildə dönmə inkişaf edən bir baş dönməsi narahatlığıdır.

Şiddətli amma qısa olur

Daxili qulaq kristallarının oynaması bütün baş dönmələrinin % 30-nu yaradır. Ani başlayan qısa sürən şiddətli baş dönməsi kimi xarakterizə olunur. Adətən başı sağa sola ya da önə arxaya hərəkət etdirmək baş dönməsinə daha çox təkan verir. Baş dönməsinə mədə bulanması, qusma, döyüntü və tərləmə kimi şikayətlər də müşayiət edir.

Diaqnoz və müalicədə bəzi xüsusi manevrlərdən istifadə edilir

Daxili qulaq kristallarının səbəb olduğu baş dönməsi əsasən mütəxəssis bir həkim tərəfindən aparılan müayinə ilə müəyyən olunur. Xəstədən alınan məlumatlar və aparılan tarazlıq müayinələri nəticəsində diaqnostika aydın olur. Xəstənin başına müəyyən mövqelər verilərək göz hərəkətlərinə baxılaraq diaqnoz qoyulur. Bu manevr bəzi cihazlarla da qeyd edilə bilsə də bu vəziyyətdə görüntüləmə üsulları və laboratoriya təhlilləri ilə çox məlumat əldə etmək olmur.

Tək seansda düzələ bilər

Müayinədə ilk olaraq təsirlənən qulaq və tarazlıq orqanının hissəsi müəyyən edilir. Yerindən oynayan tarazlıq daşlarını yerinə otur
tmaq üçün istifadə edilən bəzi baş manevrləri yüksək müvəffəqiyyət səviyyəsi və aşağı risklərinə görə adətən ilk müalicə üstünlüyüdür. Bu manevrlərin müxtəlif tipləri olub, diaqnostikada anında düşünülən daxili qulaq patologiyasına görə korreksiya manevr tipinə üstünlük verilir. Xəstələrin %80-90-ı bu manevrlərlə dir dəfəyə düzəlir. Nadir hallarda xüsusilə yaşlı xəstələrdə və sağlamlıq problemləri səbəbiylə hərəkətsiz olan xəstələrdə bu manevrləri bir həftə fasilə ilə daha çox tətbiq etmək lazım gələ bilər.Evdə ediləcək məşqlər xəstəyə göstərilir.

Dərman müalicəsinə üstünlük verilmir

Bu tip baş dönmələrində dərman müalicəsi ikinci plandadır. Baş dönməsi ilə birlikdə xüsusilə qeyri-stabil hissi varsa, dərmanların faydası olur. Çox daha ağır hallarda bulantısı,qusmaları olan xəstələrə mədə bulanmasına qarşı dərmanlar qısa müddətli verilir. Yalnız bu dərmanların uzun müddətli istifadəsi xəstəliyin sağalmasını gecikdirir. Müalicə prosesində ani və sürətli hərəkətlərdən çəkinmək lazımdır.

Baş dönməsi zamanı bunlar edilməlidir.

-Dərhal yerə uzanmalı və baş yüngülcə qaldırılmalıdır.

-Yıxılmağın qarşısını almaq üçün tədbir görülməlidir.

-Bol maye qəbul edilməlidir.

-Baş dönməsi şikayətləri olan zaman avtomobildən istifadə edilməməlidir. Xüsusilə yüksək yerlərdə və ya ağır cihazlarda iş yaralanmalarına səbəb olur.

-Ani boyun və baş hərəkətlərindən çəkinmək lazımdır.

Fuad Nəzərov

16 fevral 2017
GO BACK