Qadin.NET / Kornea nəqli – Keratoplastika

Kornea nəqli – Keratoplastika

 

 

Kornea nəqli, şəffaflığını itirmiş yada forması pozulmuş kornea toxumasını çıxararaq yerinə ölüdən götürülən sağlam kornea toxumasının yerləşdirilməsidir.

 Nədir?

Kornea; İnsan gözünün ən ön hissəsində yer alan şəffaf və yüksək qırıcılıq xüsusiyyətinə malik olan toxumadır. Ön səthinin mailliyi və şəffaflığı sayəsində gözə paralel olaraq gələn şüalar qırılaraq retina üzərində birləşmək üzrə bir-birinə yaxınlaşırlar və göz mərcəyindən də keçdikdən sonra retina üzərində cəmləşirlər. Yəni görmə funksiyanın uğurla həyata keçməsi üçün kornea formasının düzgün olması və şəffaflığının qorunması lazımdır.

Kornea Nəqli (Keratoplastika); Şəffaflığını itirmiş yada forması pozulmuş kornea toxumasının müəyyən böyüklükdə dairəvi şəkildə çıxarılaraq yerinə vəfat etmiş birindən götürülən və yenə uyğun miqyasda kəsilərək hazırlanmış sağlam kornea toxumasının yerləşdirilməsi əməliyyatıdır. Günümüzdə ən çox görülən və müvəffəqiyyət nisbəti ən yüksək toxuma nəqlidir.

Başqasından götürülən kornea toxuması bu toxumaya ehtiyacı olan xəstə ilə uyum yaradır.Son zamanlar əməliyyat növlərində və istifadə edilən materialların inkişaf etdirilməsi, hüceyrə qoruyucu xüsusi maddələrin istifadə edilməsi, götürüləcək olan kornea toxumasının sağlam və sterilləşdirilmiş şəraitdə əldə edilməsi, toxuma keyfiyyəti və uyğunluğunun yoxlanılması ilə bu əməliyyatın müvəffəqiyyət nisbəti daha da artmışdır.

Kornea nəqli hansı səbəbə görə tətbiq edilir?

Kornea nəqli; Görməyi artdırmaq (optik), kornea xəstəliyini müalicə etmek (teropatik), göz bütövlüyünü qorumaq (tektonik) və xarici görüntüsünü (kosmetik) düzəltmək məqsədilə həyata keçirilə bilər.
Görmə itiliyini artırmaq keratoplastikanın ən mühüm səbəbidir.
Korneanın şəffaflığını pozan infeksiyalara bağlı skar, toxumaları və damarlanmalar; korneada maddə yığılmaları ilə ortaya çıxan distrofilar;göz içi cərrahiyyə zamanı və ya irsi bir xəstəlik kimi ortaya çıxan endotel çatışmazlıqları kimi səbəblər ilə kornea şəffaflığının pozulması ən çox rast gəlinən kornea nəqli səbəbi olan patologiyalardandır.

Bundan başqa, korneanın nazikləşməsi və düzgün oval şəkilinin pozularaq konikləşməsi (keratokonus), özünə məxsus antimikrobial müalicəyə cavab verməyən keratitlər, qəzalardan sonra bütövlüyünün pozulması və ya korneanın yığılması ilə xarici görünüş problemlərinin yaranması vəziyyətində da kornea nəqli lazım gəlir.

 

Kornea nəqli – Keratoplastika

 

 

Keratoplastikanın lazım gəldiyi hallar

Göz cərrahiyyəsi sonrası korneanın şəffaf qalmasını təmin edən hüceyrələr zərər alarsa və kornea bulanıqlaşarsa
Korneanın qübbə forması pozularsa, məsələn, konikləşərsə (keratokonus)
İrsi keçiş göstərən bəzi kornea xəstəliklərində
İnfeksiya səbəbi ilə korneada yara toxuması və yeni damarlanma olarsa
Qəzalar səbəbindənkornea bulanıqlaşarsa və ya bütövlüyü ağır dərəcədə pozularsa
Kornea nəqlindən sonra bədən toxumanı rədd edərsə

Keratoplastika Növləri

1- Penetran Keratoplastika
2- Lameller Keratoplastika

Penetran Keratoplastika

Verici korneanın bütün qatları ilə alıcı korneaya nəql edilməsi ilə baş verir.

Lameller Keratoplastika

Korneanın tam qat olmadan sadəcə bir hissəsinin götürülməsi və suture edilməsi ilə tətbiq edilir və faydaları:
Sürətli vizual yaxşılaşma
Daha az astiqmatizmə
Tektonik gücdə daha az itki
Greft rejeksiyası riski daha azdır
Göz içinə girməmək kimi

Keratoplastika Əməliyyatı

Kornea nəqli əməliyyatı əsasən lokal anesteziya altında aparılır. Xəstə yatırdılmır, yalnız gözü və ətrafı keyləşdirir. Uşaqlarda, lokal anesteziya ilə dayana bilməyən xəstələrdə cərrah seçimi ilə ümumi anesteziya altında keçirilə bilər.
Mikroskop altında, yuvarlaq xüsusi bir bıçaq ilə xəstənin bulanıq korneasının mərkəzindən 7,5-8 mm diametrində bir pəncərə açılır və ölüdən alınan şəffaf kornea toxuması uyğun ölçüdə kəsilərək bu bölgəyə tikilir. Əgər xəstənin kataraktı varsa, kornea nəqli zamanı kataraktı da götürülə bilər.

Fuad Nəzərov

7 fevral 2016
GO BACK