Qadin.NET / Rahat yuxu üçün smartfonu uzaq qoyun!

Rahat yuxu üçün smartfonu uzaq qoyun!

 

Rahat yuxu üçün smartfonu uzaq qoyun!

 

Hər birimiz bununla rastlaşmışıq. Gecə yarısı oyanırsan, smartfonunu götürürsən, görürsən ki, saat hələ 3-dü. Yuxuya getmədən əvvəl, Feysbuk, Twitter, emailı yoxlayırsan. Beləcə sən, yeni xəbərləri görərək, bədəni və beyni gərginliyə salırsan, narahatçılıq verirsən, yuxunu qaçırdırsan. Növbəti iş gününü fikirləşirsən, görüləcək işləri və s.

Yataq otağında smartfonun olması, yuxusuzluğun artmasına səbəb olub, xüsussən də, 20-30 yaşlarda olan insanlarda.

Sadə həlli var – ucuz zəngli saat (будильник) alırsan. Smartfonu yataq otağından uzaq edin.

 

Rahat yuxu üçün smartfonu uzaq qoyun!

 

 

Yuxusuzluğun artması və az yatmaq fərqli xəstəliklərə səbəb olur, xərçəngdən tutmuş ürək xəstəliklərinə qədər. Həm də, yuxusuzluq iş yerində stresə və iş keyfiyyətinin azalması ilə nəticələnir. Bu da, bütün ölkənin iqtisadiyyatına milyonlarla manat zərər verir.

Smartfonlar çox rahatca zəngli saat kimi istifadə oluna bilər.  Amma, yataqda smartfonun işıqlı ekranına baxmaq yuxunu qaçırdır və yuxu xəstəliklərini artıra bilər. Planşet və smartfon ekranlarından gələn göy işıq oyaq-vaxtı fəal olan beyin reseptorlarını qıcıqlandırır. Bu da, bədənimizin 24-saatlıq yatmış-ayıq sirkadian ritmlərini pozur, beləliklə, müxtəlif xəstəliklərə yol açır. Bu göy işığa baxmaqla, adamın yuxusu qaçır.

 

Rahat yuxu üçün smartfonu uzaq qoyun!

 

 

Həm də, yataq otağında smartfonun olması həqiqi yuxunun azalmasına səbəb olur. Belə ki, biz yatmış vəziyyətdə olarkən belə, ayıq oluruq, bədən gərgin vəziyyətdə olaraq, tamamilə rahatlaşa bilmir. Bu problemdən ən çox əziyyət çəkənlər orta məktəb uşaqlarıdı.

 

Rahat yuxu üçün smartfonu uzaq qoyun!

 

Gecənin yarısı smartfondan xeyir gəlməz. Bunun üçün, smartfonu yataq otağından uzaq tutun, xüsusilə də, uşaqlarınız yataq otağından. Səhər tezdən oyanmaq üçün bir ucuz zəngli saat alın. Bu qədər sadə.

Camal Əliyev

26 iyul 2015
GO BACK