Qadin.NET / Sağlam qocalın(2)

Sağlam qocalın(2)

 

Sağlam qocalın(2)

 

Gözlər və qulaqlarınız

Gözünüz yaxındakı əşyalara fokuslanmaqda çətinliq çəkəcək və fərqli işıq intensivliyinə öyrəşməkdə çətinlik çəkəcək. Göz lensi elastikliyini itirəcək, və bulanlıq görüntü əmələ gələcək (katarakt).

Eşitməyiniz də zəifləyə bilər. Yüksək tezlikdəki səsləri eşitməkdə, və çox adam olan yerlərdə söhbəti tutmaqda çətinlik çəkə bilərsiniz.

Gözlər və qulaqlarınız üçün nə etməlisiniz:

Mütəmadi həkim qəbuluna gedin və "chek-up" etdirin.

Diqqətli olun. Çox günəşli yerlərdə keyfiyyətli gün eynəklərindən istifadə edin. Çox səsli yerlərdə qulaq pambığından istifadə edin.

 

Sağlam qocalın(2)

 

Dişləriniz

Diş əti dişlərinizdən ayrıla bilər. Bəzi dərmanlar qəbul elədiyinizə görə (məsələn, astma, allergiya, yüksək qan təzyiqi dərmanları) ağızda quruluğa səbəb ola bilər, bu da ağızda bakteriya böyüməsinə və sürətlənmiş diş və diş əti çürüməsinə səbəb ola bilər.

Dişləriniz və ağız sağlamlığı üçün nə etməlisiniz:

Dişlərinizi gündə 2 dəfə fırçalayın və bir dəfə diş ipi ilə təmizləyin.

Dentistiniz ilə mütəmadi çek-aplara yazılın.

Dəriniz

Yaşlandıqca, dəriniz nəzikləşir və elastikliyi azalır, zədələrə daha da həssas hala gəlir. Dəridəki təbii yağlar az istehsal olguğuna görə dəriniz quruyacaq. Qırışmalar və yaş izləri əmələ gələcək.

Dəriniz üçün nə etməlisiniz:

Dərinizə qarşı incə davranın. İlıq suda (isti suda yox) çimin. Mülayim sabundan və nəmləndiricidən istifadə edin.

Diqqətli olun. Günəşli havada günəş kremindən istifadə edin.

Siqaret çəkməyin. Çünki dərini zədələyir, qırışlara səbəb olur.

Sağlam qocalın(2)

 

Bədən çəkiniz

Qocaldıqca sağlam çəkinizi qorumaq getdikcə çətinləşir. Qocaldıqca, əzələ toxuma kütləsi azalır və onun yerini piy toxuması alır. Əzələ toxumasına nisbətən, piy toxuması az enerjiyə ehtiyacı olduğu üçün, daha az kalori qəbul etməklə öz bədən çəkinizi qoruya bilərsiz.

Bədən çəkiniz qorumaq üçün:

Gündəlik yüngül idmanla məşğul olun.

Sağlam qidalanın. Meyvə, tərəvəz, balıq yeyin. Şəkər və doymuş yağlarla zəngin qidalardan uzaq durun. Yeməkləri az yeyin və yavaş yeyin. Əvvəlki kimi, bədəninizin çox kaloriyə ehtiyacı olmaya bilər.

Camal Əliyev

14 iyul 2015
GO BACK