Qadin.NET / Sağlam qocalın(1)

Sağlam qocalın(1)

 

Sağlam qocalın(1)

 

Qan-damar sistemi

Qocaldıqca, ürəyinizin döyülmə sürəti yavaşlayacaq və ürəyiniz böyüyə bilər. Qan damarlarınız elastikliyini itirəcək, buna görə ürəyiniz daha da güclü qanı damarlara pompalamalıdır. Bu da yüksək qan təzyiqi və digər problemlərə yol açacaq.

Qan-damar sistemini möhkəmləndirmək üçün:

Mütəmadi olaraq yüngül idmanla məşğul olun. Bu sizin sağlam çəkinizi qorumağa, qan təzyiqini azaltmağa, arteriyaların elastikliyini qorumağa yardım edəcək.

Sağlam qidalanın. Tərəvəz, meyvə, balıq yeyin. Natrium duzu çox olan və doymuş piylərlə bol olan yeməklərdən uzaq durun. Sağlam qida ürək və damarlarınızı sağlam saxlayacaq.

Siqaret, qəlyan çəkməyin. Çəkmək sizin arteriyaların elastikliyini azaldır və qan təzyiqinin və ürək döyünmə sürətini artırır.

Stresi sağlam şəkildə idarə edin. Stres ürək sağlamlığı üçün zərərlidir.

Sümükləriniz, əzələləriniz və oynaqlarınız

Qocaldıqca, sümüklərin ölçüsü və sıxlığı balacalaşır, və bununlar sümüklər zəifləyir və zədəyə məruz qala bilər. Hətta, adam balacalaşa bilər. Əzələlər güc və elastikliyini itirir, və insan öz balansını rahat itirə bilər.

Sümükləriniz, əzələləriniz və oynaqlarınızı möhkəmləndirmək üçün:

Kifayət qədər Kalsium qəbul edin.

Süt məhsulları, brokoli, badam, konserva olunmuş balıq, və lazım olsa, həkimdən kalsium saplementləri alın və qəbul edin.

Kifayət qədər vitamin D qəbul edin.

Günəşə məruz qalmaq, yağlı balıq, yumurta, süd, və vitamin D saplementləri.

Gündəlik idmanla məşğul olun. Yüngül (qaçmaq, piləkən qalxmaq) və ağır idmanla məşğul olaraq, sümüklərinizi gücləndirin və sümük itirmənin qarşısını alın.

Alkoholik içkilərdən uzaq olun və siqaret çəkməyin.

 

Sağlam qocalın(1)

 

 

Həzm sisteminiz

Qəbzə qocalarda daha çox rast gəlinir. Qəbzə səbəb olan faktorlar arasında az lifli qidalanmaq, az su içmək və idman eləməmək vardır. Bəzi dərmanlar (məsələn, dəmir saplementləri) və bəzi xəstəliklər (məsələn, şəkər xəstəliyi) də qəbzə səbəb ola bilər.

Həzm sistemini möhkəmləndirmək üçün

Sağlam qidalanın.

Tərəvəz, meyvə, balıq yeyin. Çox yağlı yeməklərdən, un məhsulları və şirin məmulatları az qəbul edin, qəbzə səbəb ola bilər. Çoxlu su, şirə için.

Mütəmadi olaraq yüngül idmanla məşğul olun.

Ayaqyoluna getməyi ertələməyin, qəbzə səbəb ola bilər.

Sidik kisəsi və sidik yolu sağlamlığı

Qocaldıqca sidik kisəsi idarəetməsi kontroldan çıxa bilər. Fərqli xəstəliklər də buna səbəb ola bilər, məsələn, şəkər xəstəyili, böyümüş prostat (kişilərdə), menopoz (qadınlarda).

Sidik kisəsi və sidik yolu sağlamlığı üçün

Mütəmadi olaraq ayaqyoluna gedin, məsələn, hər bir saatdan bir. Sonra yavaş-yavaş aradakı vaxtı uzadın.

Sağlam çəki saxlayın. Artıq çəkini itirin.

Siqaret çəkməyin.

Kegel idmanı ilə məşğul olun. Aşağı çanaq əzələlərini 5 saniyə sıxın, və 5 saniyə ara verin. Bunu 4 vəya 5 dəfə təkrar edin. Məşq eləməklə, Aşağı çanaq əzələrini 10 saniyə sıxın və 10 saniyə ara verin. Çalışın, bunu uzanmış vəziyyətdə edin. Kegel idmanı zamanı normal nəfəs alıb, verin. Aşağı çanaq əzələlərini tapmaq üçün ayaqyolunda olarkən, sidikburaxmanı ortada dayandırın, bu işlətdiyiniz əzələlər lazımi əzələlərdir. Amma, hər dəfə ayaqyolunda belə etməyin, tərsinə, aşağı çanaq əzələlərini zəiflədə bilərsiz. Yalnız ayaqyolundan sonra, Kegel idmanı ilə məşğul olun.

Yaddaşınız

Qocaldıqca, yaddaş zəifləyir, yeni məlumatları gec öyrənirsiz, və xatirələri gec hatırlayırsız. 

Yaddaşınızı sağlamlığı üçün

Sağlam qidalanın. Alkoholik içkilərdən uzaq olun.

Gündəlik idmanla məşğul olun. İdman eləməklə, bədənin hər yerinə qan axını artır, beyin də daxil.

Beyini fəal işlədin. Məsələn, smartfonlarda maraqlı oyunlar oynayın (məsələn, riyaziyyat yarışması), krosvord eləyin, işə gedəndə fərqli yollardan sürün, təzə musiqi instrumentində ifa etməyi öyrənin.

Sosyal olun, qohum, qonşu və tanışlarla tez-tez görüşün. Beləliklə, stres və depresiyadan uzaq olacaqsınız.

Ardı var...

Camal Əliyev

13 iyul 2015
GO BACK