Qadin.NET / Sümük suyunun sağlamlığa faydaları

Sümük suyunun sağlamlığa faydaları

Dana və ya toyuğun sümüklərinin qaynadılmasıyla əldə edilən qidaya sümük suyu deyilir. Sümük suyunun sağlamlığa və bədənimizə nə kimi faydaları olduğunu bu xəbərimizdə izah edək.

Bağırsaq sindromunu müalicə edir.

Sümük suyu jelatin və kolajen zəngini quruluşuyla bağırsaqları sakitləşdirir, bağırsaq narahatlığının yaxşılaşmasına köməkçi olur.

Antibiotik, asprin kimi dərmanlar, işlənmiş qidalar, qızarmış yeməklər və kafeinli içkilər bağırsaqlarımıza zərər verə bilir. Sümüyün tərkibində zülal və mineral olduğu üçün  bağırsaqları düzəldir, şəfaya qovuşmanızı təmin edir.

Sümük suyunun sağlamlığa faydaları

İltihabı azaldır.

Sümük suyu üçün yaşlı insanların tövsiyəsi "hər dərdə dəva olan sümük suyunu süfrələrindən əskik etməyin", şəklindədir.

Sümükdə olan qlükoza, kollagen, jelatin oynaq və sümüklərin təmirini dəstəkləyir, bədəndəki iltihabı azaldır.

Sümük suyundakı minerallara kalsium, dəmir, maqnezium, kalium, sink və selenium daxildir. Minerallar bədən funksiyalarının düzgün işləməsi üçün çox əhəmiyyətlidir.

İmmuniteti güçləndirir.

Toyuq şorbası içmək soyuqdəymə və qrip üçün ən təsirli yollardan biridir.

Toyuq  sümüyündə olan amin turşusu sağalma müddətinizi sürətləndirər.

Beyin inkişafı.

Sümük suyu beyin üçün də olduqca faydalı bir yeməkdir.

İnsanın sinirlərini rahatlaşdırar, depresiyasının qarşısını alar.

Sümük suyunun sağlamlığa faydaları

Sümük suyunun faydaları:

• Tez-tez istehlakı həm uzun, həm də sağlam bir həyatın qapılarını aralayar.

• Sümüyün içində yer alan ilik, bədənin immunitet sistemiylə əlaqəli olan trombosit, eritrosit və lökasit hüceyrələrindən çoxalmasına qatqı təmin edər. Sümük ilikləri soyuğa qarşı qoruyucu olmasının yanında xəstəlik dövrünün olduğundan daha qısa müddətdə sağalmasını təmin edər.

• Sümük suyu sümük inkişafına qatqı təmin edər. Boy uzanmasını dəstəkləyir.

• Sümükləri güçləndirməsinin yanında xəstə olan sümükləri yaxşılaşdırma xüsusiyyətinə də malikdir. Məsələn, hər hansı bir səbəblə qırılmış olan sümük, ya da sümüklər sümük suyuna edilmiş şorba sayəsində daha sürətli yığışar və daha tez sağalar.

• Sümük suyu şorbası, yalnız körpə və uşaq inkişafında deyil, yaşlıların qidalanmasında də əhəmiyyətə malikdir. Xüsusilə, pilləkən  çıxa bilməyən, ya da gedərkən dizlərinin gücsüzlüyündən şikayət edən yaşlıların dizlərinə güc verir. Ayaqlarını yerə sağlam basmalarına kömək edər. Yaşlı insanlarda diz sağlığında problem olmasının əsas səbəbi müəyyən bir yaşdan sonra dizlərin içindəki mayenin itməsi və bədən tərəfindən təkrar yetişdirilməməsidir. Sümük suyu şorbası ehtiyac duyulan bu mayeni düzlərə verir. Bu sayədə dizlər güclənir.

10 iyun 2015
GO BACK