Qadin.NET / Qovun, yoxsa qarpız daha faydalıdır?

Qovun, yoxsa qarpız daha faydalıdır?

Yay mövsümünün ənənəvi meyvələri; qovun və qarpızdır. Hər iki meyvə də yay mövsümünün vaz keçilməz meyvələridir. Enerji dəyəri aşağı, su nisbəti yüksək olan bu iki meyvənin tərkibində olan vitamin və minerallar yayda qidalanmamızın keyfiyyətini artırır. Hər iki meyvənin də yaz mövsümündə sağlamlığımızı inkişaf etdirən və qoruyan funksiyaları saymaqla bitməz. Qovun və qarpızın bənzər xüsusiyyətləri; yüksək şəkərli dadına baxmayaraq karbonhidrat dəyərinin olduqca aşağı olmasıdır.

Bal kimi deyə tərif edəcəyimiz ən şirin qarpızdan belə 10 % nisbətində karbonhidrat almaq olur. Bu vəziyyət şirin sevən insanlar üçün böyük üstünlükdür.

Qovun, yoxsa qarpız daha faydalıdır?

Qovun-qarpız tərkibindəki B1 vitamini ilə normal sinir sistemi fəaliyyətinin davamını təmin edər. Günü enerji və stressiz keçirməyiniz üçün köməkçinizdir. Tərkibindəki B2 vitamini isə gözün və dərinin sağlamlığı üçün əhəmiyyətli bir vitamindir.

Qovun və qarpız hər ikisidə C vitaminin qaynağıdır. C vitamini də göz və dərinin elastik quruluşunu qoruyan və immunitet sisteminizi gücləndirən yay-qış ehtiyacımız olan vacib vitaminlərimizdən biridir.

Qovun və qarpızda ortaq olan bir başqa vitamin isə B 6 vitamini də bədənimizdə maddələr mübadiləsi içində işləyən zülal və mineral üçün lazımdır. Həm də tərkibində olan pantotenik turşu yağ və xolesterol sistemində sağlamlığımıza müsbət təsirlidir.

Qovun, yoxsa qarpız daha faydalıdır?

Qarpızın qovuna görə üstünlüyünə gəldikdə; qarpıza qırmızı rəngi verən karotenoid başda olmaq şərtilə xərçəng əleyihinə maddələr orqanizmimizin təmizlik agentləridir. Və qarpız da qovundan daha yüksək nisbətdə olur.

Qovunun qarpıza görə üstünlüyü isə; niasin və folik turşu təşkil etməsidir. Niasin karbohidrat, yağ və zülal maddələr mübadiləsi əhəmiyyətli vəzifələri olan, enerji sistemimizi yüksəkdə tutan sağlamlığımızın qoruyucusu bir vitamindir. Folik turşusu isə hüceyrə yenilənməsində vəzifəlidir, maddələr mübadiləmimizi qoruyar və gənc saxlayar.

Qovun, yoxsa qarpız daha faydalıdır?

Her iki meyvə də olduqca aşağı səviyyəli enerji təşkil edir; 100 qram qarpız yediyimizdə 22 kalori alarkən, 100 qram qovunda isə 27 kalori var.

Qovun yoxsa qarpız sualının cavabı isə hec tərəddüt etmədən ikisi də olmalıdır.

2 iyun 2015
GO BACK