Qadin.NET / Depressiyanıza səbəb yediklərinizdir!

Depressiyanıza səbəb yediklərinizdir!

Əgər həyatınızın bir dövründə sağlam qidalanıb hətta idman etdirsinizsə, yorğun olmağınız lazım olduğu halda enerjinizin bunları etmədiyiniz zamanlara nəzərən daha yüksək olduğunu hamınız hiss etmisiniz.

Qış aylarından bahar aylarına keçməkdə olduğumuz dövrlərdə, mövsimi bəzi daralmalar və utancaqlıqlar yaşamağınız ola bilər. Buna görə özünüzü daha yaxşı hiss etməniz və bu kimi dövrlərdən asanlıqla keçməyiniz üçün enerjinizi yüksəltməyinizdə sizə köməkçi olacaq qidaları sizlər üçün yığdıq!

 Enerjinizi Yüksəldəcək 6 əla qida!

Pazı

York Universiteti və Hull York Tibb Fakültəsi tərəfindən edilən araşdırmada depressiyanın ən güclü əlamətlərindən birinin fol turşu əskikliyindən qaynaqlandığı açıqladı. Beləcə bu yaşıl yarpaqlı möcüzənin ehtiva etdiyi yüksək fol turşusu səbəbiylə ən yaxşı rejim yüksəldicilərdən biri olduğu sübut edilmiş oldu...

Quşqonmaz

Bədəndəki aşağı fol turşusu tarazlamağın ən asan yollarından biri də quşqonmaz qebul etməkdən keçir. Üstəlik tərkibindəki C vitamini sayəsində depressiyanın yüngülləşdirilməsinə də köməkçi də olur.

Yulaf əzməsi

Bilirik, bilirik dadından nifrət edirsiniz, amma o heç də dərdindən ölmədiyimiz yulaf əzməsi həyəcan və depressiya ilə mübarizəni asanlaşdıracaq qədər maqneziumla zəngindir. Ən yaxşı nəticəni əldə etmək üçün gündə 1-2 fincan qəbul etdiyinizdən əmin olmalısınız!

Badam

Axır ki, ləzzətli məqama keçdik! Bu ləzzətli qəlyanaltı, sanki beyin sağlamlığını qorumaq və depresiyanı yüngülləşdirmək üçün maqnezium ilə təchiz olunmuşdır. Hər gün mütləq 23 ədəd badam istehlak etdiyiniz təqdirdə daha müsbət bir enerjiyə sahib olacağınıza əmin ola bilərsiniz. Bundan əlavə badam çox sağlam və tox tutan bir ara pay olduğundan arıqlamağınıza da təsiri olacaqdır.

 Tünd şokolad

Özünüzü əzizləmək üçün şokoladdan daha yaxşı bir yol olduğunu fikirləşmirik. Araşdırmalar nəticəsində tünd şokoladın stressi azaltmağa köməkçi maddələrlə dolu olduğu açıqlanıb! Və bu onsuz da az qala hamımızın bildiyi bir həqiqiqətdir.

Pomidor

Pomidorun da depressiyanın qabağına keçməkdə təsirli bir fol turşu qaynağı olduğunu bilirdinizmi? Gündə 2 stəkan pomidor suyu içməklə ejiminizin daha müsbət olmasına və enerji səviyyənizin düşməməsini təmin edə bilərsiniz!

30 may 2015
GO BACK