Qadin.NET / Diş çürüklərindən narahatsınız?

Diş çürüklərindən narahatsınız?

Diş çürüklərindən narahatsınız?

Diş çürükləri həm sağlamlıq baxımından, həm də ağız qoxusu baxımından xoş olmayan problemlər arasında iştirak etməkdədir. Diş çürüklərinin qarşısını ala bilərik. Bunun üçün edilməsi lazım olanlar isə bunlardır;

Səhər və axşam olmaqla dişlər gündə ən az 2-3 dəfə mütləq fırçalanmalıdır. Fırçalarkən isə doğru fırçalamağa diqqət göstərilməli, dişlər yuxarıdan aşağı doğru fırçalanmalıdı.

Qidalandığınız yeməklər dişlərin ara səthlərində və üst səthlərində, bundan əlavə dil üzərində yığıldığı üçün diş fırçalarını kiçik seçməliyik. Dil təmizliyini təmin edən diş fırçalarını seçməliyik.

Diş çürüklərindən narahatsınız?

İstifadə etdiyimiz diş fırçası orta sərtlikdə ya da yumşaq tüklü olmalıdır. Sərt tüklü fırçalar diş səthinə zərər verir. Bu vəziyyət də dişlərin çürüməsini sürətləndirir.

Diş fırçalarımızı mütləq 3, ya da 4 ayda bir dəyişdirməliyik və başqasının diş fırçasını istifadə etməməliyik. Quru fırçanın üzərinə sıxdığımız məcunu su ilə islatmadan dərhal dişlərimizi fırçalamaq olmaz. Dişlərimizə faydalı olacaq pendir, süd, qatıq kimi kalsiumla zəngin olan qidaları bol qəbul etməli,  tez başa gələn yeməklərdən qaçınmalıyıq.

Diş ipi istifadə edirsinizsə, tərgidin, çünki diş ipi həkimlər tərəfindən tövsiyə olunmur. Çünki diş ipi dişlərin arasını açır bu vəziyyət də diş çürümələrini sürətləndir, ağız qoxusunun yaranmasına səbəb olur.

Ftorlu diş pastalarını istifadə etməyə diqqət göstərməliyik, çünki ftor dişlərin qorunmasına köməkçi vasitədir.

Diş çürüklərindən narahatsınız?

Dişlərimizi fırçaladıqdan sonra, xüsusilə ağız qoxusunu aradan qaldırmağa köməkçi olan spirtsiz ağız yaxalayıcılar istifadə edilməlidir. Bunu axşam yatmazdan əvvəl və səhər qalxdığınızda istifadə etməyiniz lazımdır.

Şəkərli qidaları ara paylar yerinə ana paylarda qəbul etməyə diqqət etməliyik. Çünki, ümumiyyətlə, ana paylardan sonra dişlərimizi fırçalamalıyıq.

6 ayda bir mütləq diş həkiminə getməli, nizamlı olaraq ağız və diş sağlamlığı müayinələri etdirməliyik.

23 may 2015
GO BACK