Sağlam həyat üçün etməyiniz lazım olanlar açıq aydındır: kilo verin, məşq edin, az yeyin, daha çox yatın və su için...
Bu sağlam həyat təməllərinin yanında yer alan kiçik detallar isə davamlılıq üçün lazımlıdır. Sizlər üçün indiyə qədər, bəlkə də heç eşitmədiyiniz maraqlı sağlamlıq məlumatları verəcəyəm.
Ağız sağlamlığınız üçün, yemək yedikdən sonra dişlərinizi fırçalamayın! Xüsusilə də turşulu bir şeylər yeyib içdikdən sonra.
Turşulu yemək və içkilər diş minasını yumşaldır və dişlərinizi fırçaladığınızda turşusunun təsirindən dislərinizin tez xarab ola bilər. Yeməkdən sonra 30 ilə 60 dəqiqə arasında bir müddət gözləyərək dişlərinizi fırçalaya bilərsiniz.
Gün ərzində istirahət üçün yuxu fasilələri verirsinizsə, daha yaxşı istirahət üçün qəhvə için. Yaponiyada edilən bir araşdırmaya görə 200 ml qəhvənin içdikdən sonra 20 dəqiqəlik qısa bir yuxu çəkmək sizin daha gümrah olmagınızı təmin edər.
Acdığınızda 100 kalorilik qəlyanaltı məsələn peçenye yemək daha yaxşı bir fikr olsada, amma sonrasında daha çox acırsınız. Kiçik miqdarda karbohidrat qəbul etmək qan şəkərinizi yüksəltməkdən və sizi daha çox acdırmaqdan başqa bir işə yaramaz. Əgər çərəz kimi fıstıq əzməsi, pendir dilimləri və alma kimi zülal ağırlıqlı bir qida seçim etsəniz, daha tez doyar və uzunmüddətlı aclıq hiss etməzsiniz.
Yüksək lif qəbul edən bir pəhriz proqramı tətbiq edirsinizsə, bədəniniz daha təsirli işləməsi üçün suya ehtiyac duyar. Suda həll olunan liflərlə qarışan su, jel bənzəri bir maddə əmələ gətirər. Bu jel konsistensiyalı maye bağırsaq hərəkətlərinə təsir edər və qabarıqlıq əlamətlərini aradan qaldırar.
Tamamilə qaranlıq bir mühitdə yatdığınıza əmin olun. Gecələr beynimiz bədənimizi bir revizyondan keçirir və içərinə nə olub bitdiyinə baxır. Bunu təmin edən hormonlar qaranlıq bir otaqda çox daha aktiv və səmərəli işləyə bilir. İşıqlı bir otaqda yatanların səhər qəlyanaltılarını daha fərqli etdiyi müşahidə edilir.