Sağlamlığınızı qorumaq istəyirsinizsə, onun qayğısına hər gün qalmalısınız. Bunun üçün bir çox üsullar var, lakin ən əhəmiyyətliləri səhər oyandıqdan sonra edilənlərdir. Bu proseslər sənin cəmi beş dəqiqəni alacaq, amma sağlamlığına müsbət təsir göstərəcək. Bu işdə əsas rolu mütamadilik oynayır. Yəni, başladınsa, hər gün etmək lazımdır, onda nəticəni tez əldə edə bilərsiniz. Ilk əvvələr çətin olacaq, sonradan isə vərdiş yarandığından sizin üçün asanlaşacaq.
Bu prosesi 7yerinə yetirmək üçün sənə lazım olacaq: limon, su, bal və hidrogen peroksid.
1. Dilin təmizlənməsi
Biz hamımız səhərlər dişimizi təmizləyirik, amma yadda saxlamaq lazımdır ki, dişin təmizlənməsi qədər dilin təmizlənməsi də vacibdir. Bu əməliyyatın vacibliyi haqqında məlumatlar qədim zamanlardan məlumdur. İbn Sinanın məsləhətləri sırasına gündəlik ağız boşluğuna və dilə qulluq daxildir. Bu qulluğu diş fırçası ilə və ya xüsusi vasitə ilə təmizləmək olar.
Dili təmizləmək nə üçün lazımdır?
1. Bu yolla sən mədənə düşəcək və xəstəliklər yaradacaq bakteriyalardan xilas ola bilərsən.
2. Dildəki bakteriyalar- ağız boşluğundan gələn xoşagəlməz qoxunun səbəblərindən biridir.
2. Bir stəkan qaynar su
Yuxudan sonra su tarazlığının bərpa edilməsinin vacibliyini çox adam bilir. Suyu isitməli, bir dilim limon və ya bir neçə damcı limon suyu əlavə edərək balaca qurtumlarla yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır.
Belə sadə tərkibli içki nəyə xeyirdir?
- Həzm sisteminin işini normaya salır, orqanizmi həzmə hazırlayır.
- Maddələr mübadiləsini sürətləndiri və arıqlamaya təsir edir.
- Qaraciyəri təmizləyir.
- Limonlu sokda çoxlu mikroelementlər (kalsium, fosfor, natrium, kalium, maqneyzium, dəmir) həm də B və C qrup vitaminləri var.
3. Yeməkdən əvvəl bal
Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı balı su ilə qəbul etmək lazımdır. Bal təzə və təbii olmalıdır.
Səhərlər bir qaşıq bal nə üçün lazımdır?
Bal- vitaminlər və mikroelementlər mənbəyidir. Tərkibində çoxlu miqdarda fruktoza və qlükoza vardır. Bu maddələr orqanizmə enerji verir, zehni əməliyyatları sürətləndirir, iş qabiliyyətini artırır.
b) İmmuniteti gücləndirir.
c) Bu üsul orqanizmin antioksidant qabiliyyətini artırır, orqanizmdə inşaat materialı rolunu oynayır.
4. Ağız boşluğunun hidrogen peroksidlə yaxalanması
Səhər yeməyidən sonra hidrogen peroksidli su ilə ağız boşluğunu yaxalamaq lazımdır. 5-7 damcı 3%-li perekis məhlulu ilə 50 mq qaynamamış suyu qarışdırmaq lazımdır.
Bu məhlulun nəyə xeyri var?
1. Kariesin müalicəsi, diş və diş əti xəstəliklərinə qarşı mübarizə.
2. Ağız boşluğundakı iyi aradan qaldırır.
3. Dişlərin zəif ağardılması.
Bu prosesləri hər gün edin və sizin əhval ruhiyyəniz yüksələcək. Əgər burada göstərilən maddələrə qarşı allergiyanız yoxdursa, sabahdan başlayın.