Bir insan nə qədər su içməlidir?
Su həyat mənbəyidir desək,yəqin ki,səhv etmərik.Dünyanın 70,insanın 65-70,beyinin 85,sümüyün 20,toxumaların 5-10 faizini su təşkil edir.
Bu isə o deməkdir ki, 65 kq-lıq bir adamın 40 kiloqramı sudur.Su maye olsa da başqa mayelərdən fərqlənir.Əgər tərkibinə baxsaq su ya yanmalı, ya da yandırmalıdır.
Cünki, bir su molekulunda yanan(H+) və yandıran (O-) iki qaz var.Qəribədir ki, odun əsas "hərəkətverici qüvvələri" sayılan hidrogen və oksugen suyun tərkibində öz xassələrini dəyişir.
Suyun faydalarıSuyun faydalarını saymaqla qurtarmaz.Bunlardan ən başlıcaları isə bunlardır:
-Tərləmə və sidik yolu ilə zərərli maddələri ifraz edir.
- Orqanizmin temperaturuna nəzarət edir.
- Maddələr mübadiləsini tənzimləyir.
Nə qədər su içilməlidir?İnsan adi halda tərləmə,sidik,tənəffüs və bağırsaq hərəkətləri vasitəsilə gündə 2,5 litr (10 stəkan) su itirir.itirilən suyu isə bərpa etmək lazımdır.
Uşaqlar və qocalar üçün isə bu daha vacibdir.İnsan suya olan tələbatını yalnız su ilə ödəmir.Qidalar da bu işdə bizə kömək edir.Ancaq susadıqda susuzluğumuzu aradan qaldırmaq üçün ən yaxşı vasitə su içməkdir.Suyun yerini heç bir maddə əvəz edə bilməz.
Sağlam bir adam gündə ən azı 8 stəkan su içməlidir.Kafeinli içkilər su itkisini artırdığı üçün onlardan az istifadə etmək lazımdır.
İstisnalar varmı?Təbii ki, var... Böyrək daşınız varsa,gündə 10 stəkan və daha çox su içməlisiniz.İsti,rütubəli və soyuq havalarda,yüksək yerlərdə,ağır fiziki iş görərkən suya olan təlabat artır.Bu hallarda da çox su içmək lazımdır.
Hansı suları içmək olar?Əksər alımlərə görə çay suları quyu sularından daha faydalıdır.Xüsusən də,yüksək yerlərdən və sürətlə axan sular ən yaxşı sulardır.
Nə vaxt su içsək?Yeməkdən 2-3 saat sonra su içmək daha yaxşıdır.Bəzi alimlərə görə yemək yeyərkən su içmək xəstəliklərə səbəb olur.Ac qarına,tərli ikən,hamamdan sonra,meyvə üzərindən su içmək ziyandır.Belə halda temperatur artır.Ayaq üstə su içmək isə xüsusilə təhlükəlidir.