Qadin.NET / Zehni açan qidalar

Zehni açan qidalar

Yaddaş zəifliyi  bir çox hallarda yorğunluq, yuxu rejiminin düzgün  qurulmaması, həddindən artıq  televiziya və kompüter  qarşısında vaxt  keçirilməsi, balanslaşdırılmamış  qidalanma ilə də bağlıdır. Bəs yaddaşı necə yaxşılaşdırmalı ?

Öncəliklə rejimə riayət etmək , vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki  işi növbələşdirmək, kifayət qədər  istirahət etmək lazımdır.

Həmçinin idmanla  məşqul olmaq lazımdır. Ən əsası isə qidalanmaya  xüsusi diqqət yetirmək lazımdır.Qidalanarkən tərkibində  zülal, fosfor, kalsium, A,E,B qrup  vitaminləri olan qidalara çox yer verilməlidir. Bunlara misal olaraq , balıq əti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao, və s. göstərmək olar.

Səhər və axşamlar bal şərbəti və ya şirin çay içmək  beyinin qlükozaya olan  tələbatını  ödəmklə , yaddaşı artırır.

Həmçinin:

Yumurta-D vitamini ilə zəngin olan yumurta  hüceyrələrin öz-özünü  yeniləməsini təmin edir, beyinin fəaliyyətini gücləndirir.

Çiyələk-Antioksidant  və C vitamini mənbəyidir. Zəifləyən  beyinin funksiyalarını  tənzimləyir.

Çay-tərkibindəki flavonoidlər sayəsində  beyinin  elastikliyini qoruyur və fəaliyyətini artırır.

Qırmızı ət- dəmirlə zəngin olan qırmızı ət, xüsusilə uşaqlarda  zəka səviyyəsini yüksəldir.

Üzüm suyu- xüsusən də qara üzümün suyu zehni açmaqda həm qısa, hən də uzun müddətli effektə malikdir.

Vələmir-karbohidratlarla zəngindir, yaddaşa müsbət təsir göstərir.

Kələm-stessi azaldır və beyinin inkişafına güclü təsir göstərir.

Qoz,fındıq kimi qidalar zehni və diqqət vermə  qabiliyyətini gücləndirən  ən vacib  qidaların başında  gəlirlər.

Balıq-həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.

Qırmızı və narıncı rəngli meyvələr,xüsusən də pomidor, yerkökü, qırmızı bibərdə olan  vitaminlər beyinin daha uzun müddət sağlam  qalmağına təsir edir.

Lobya-xüsusən də uşaqlarda zehni gücləndirir.

Qatıq-içində olan tirozin adlı maddə yaddaşı yaxşılaşdırır.

Çox az yemək diqqət dağınıqlığına  səbəb olar.Həddindən artıq yemək isə yuxunuzu gətirər.

Hamınıza möhkəm yaddaş, sağlam beyin arzulayıram !!

12 aprel 2011
GO BACK