Qadin.NET / Bu yeməklər yuxuya təsir edir

Bu yeməklər yuxuya təsir edir

Bu yeməklər yuxuya təsir edir

Qırmızı ət 

Əgər axşam yeməyiniz saat səkkizdən sonraya qaldısa, bu zaman qırmızı ət yemək çox doğru bir seçim deyil. Sərt quruluşu və zülalın yüksək olması səbəbi ilə uzun müddət tox tutan qırmızı ət siz yatarkən bağırsaq sisteminizdə olacaq, bu vəziyyət yuxu sisteminizin balansının pozulmasına səbəb ola bilər. 

Bu yeməklər yuxuya təsir edir

Spirtli içkilər

Çox miqdarda spirtli içki qəbulunun yaxşı yuxu gətirici olduğuna inanılsa da, bu doğru deyil. Spirtli içki yatmağa səbəb olsa da, uzun və rahat bir yuxu nizamı vermir. Spirtli içki qəbul etdiyiniz günlərdə, ümumiyyətlə, daha dayaz yuxu və gecə boyunca bir neçə dəfə oyanma olur. Rahat yuxu üçün spirtdən uzaq durulmalıdır.

Bu yeməklər yuxuya təsir edir

Tünd şokolad

Günün hər saatı zövqlə yediyimiz şokoladı kim yatmazdan əvvəl ləzzətlə yemək istəməz ki? Yeyilməsi ləzzətli kimi görünsə də, gecəni keyfiyyətli yuxu ilə keçirmənizə mane olan qidalardan biri də tünd şokoladdır. Yuxunu qaçıran və insana ekstra enerji verən kofein bu şokoladın tərkibində çoxluq təşkil edir. Demək olar ki, bütün şokoladların tərkibində kofein olur. Buna teobromin adı verilən maddə əlavə olunduğunda ürək ritminin sürətlənməsi ilə yuxunuzu qaçırır. Ağ şokoladların tərkibində bu komponentlərin daha az olması yuxu keyfiyyətinə də təsirini azaldır. 

Bu yeməklər yuxuya təsir edir

Sarımsaq 

Ümumiyyətlə, yatmazdan əvvəl içərisində sarımsaq olan qidaların qəbulundan qaçırıq. Bunun bir çox səbəbi olsa da, əsl təməl səbəbi yuxu nizamsızlığı etməsi və gecə keyfiyyətsiz yuxu keçirməmizdir. Sarımsağın yuxu qaçırmasının əsas səbəbi mədə qıcqırmasına səbəb olmasıdır. 

Bu yeməklər yuxuya təsir edir

Naharlıq taxıllar

Bir çox insan hal-hazırda sürətli qida kimi naharlarda taxıllara önəm versə də, bu qidalar bəzi hallarda yüksək kalorili olmadığı üçün gecə yatmazdan əvvəl də yeyilir. Yuxunuzu qaçıran qidalardan biri də naharlıq taxıllardır. Yatmazdan əvvəl qan şəkərinizin sürətlə yüksəlməsini təmin edən taxılları yediyiniz zaman yatmağınız bir az çətin məsələdir.

Bu yeməklər yuxuya təsir edir
Şəkərli konfetlər

Gün ərzində şirin ehtiyacını qarşılamaq üçün dövri olaraq yediyiniz şəkərli konfetlər yenə gecəki yuxunuza haram qatan qidalardan biridir. Aparılan bir çox araşdırmada insanlara yatmazdan əvvəl şəkərli konfetlər yedirdilmişdir və 10 insandan 7-nin gecə yuxusunu qarışdırdığı (qorxulu yuxu gördüyü) müəyyən olunmuşdur. Bu vəziyyət gecə yatmazdan əvvəl yüksək miqdarda yeyilən şəkərin bu vəziyyətə səbəb ola biləcəyini sübut edir.

10 dekabr 2014
GO BACK