Qadin.NET / Yuxu rejimi

Yuxu rejimi

Yuxu rejimi

Yuxu insan həyatı üçün çox vacibli bir amildir. Beyin gün ərzində işləyərək yorulur və insan yatarkən o da dincəlir deyə düşünənlər tamamilə yanılırlar. İnsan yatarkən beyin fəaliyyətini dayandırmır. O işləyir və insanın gün ərzində gördüklərini, öyrəndikləri və oxuduqlarını yaddaşa yazır. Bundan əlavə yatarkən bədənin digər passiv hərəkətlərini də idarə edir. Misal üçün, yatdığınız zaman birdən ayağınız çuxura düşürmüş kimi olub ayılırsınızmı? Bu beynin sizin sağ olub olmadığınızı yoxlaması nəticəsində belə olur. Bədən uzun müddət hərəkətsiz qaldığı üçün beyin bədənin sağ olduğuna şübhə etməyə başlayır və bədənə impuls ötürür. Bunun nəticəsində də ayaq atır və insan birdən ayılır.  

Yuxu rejimi

Türk yazıçısı olan Erdal Demirkıran "Sadəcə axmaqlar 8 saat yatır" adlı bir əsər yazıb. Bu əsərdə o, insanların daha az yata biləcəyinə inandığını göstərir. Onun dediyinə görə insanlar 4 saat yatmaqla onlara lazım olan yuxu normasını ödəmiş olurlar. Düzdür, 4 saat yatmaqla yaşamaq olar, amma məncə, 8 saat yatmaq qədərlə 4 saat yatmağı müqayisə etməyə dəyməz.

İnsanlar fərqli olduğu kimi orqanizmlərinin inkişaf sürəti də fərqlidir və dolayısıyla hər orqanizmin ehtiyac duyduğu yuxu norması da müəyyən qədər fərqlidir. 

Yuxu rejimi

Yuxu rejiminə riayət edərək sağlamlığınızı qoruya bilərsiniz. Amma bir sıra səbəblərdən dolayı bu rejimi pozanlarımız da çoxdur. Bir çoxunun bunun üçün keçərli səbəbləri olduğu halda (iş, uşaq və s. kimi) bir çoxu sadəcə ürəyi elə istədiyi üçün gec yatır. Yəni keçərli olan xüsusi bir səbəbi yoxdur. Hansı səbəbdən olursa olsun, yuxu rejimi pozulan, gec yatıb tez duran və ya gec yatıb gec duran insanların hamısında müəyyən problemlər meydana çıxar. Gəlin, onlardan bir neçəsinə nəzər yetirək.

Bu tip insanlar yatmaq istədikləri zaman yata bilməz. Nə qədər eləsələr də, yuxuları gəlməz. Gündüz vaxtı isə daim yuxulu gəzərlər.

Bir gün erkən saatda yatsalar belə, növbəti gün bu rejimi yenidən pozar və gec yatarlar. Yatanda isə növbəti səhər tez durub çox yatmayacaqları və beləcə yuxularını rejimə salacaqlarına dair sözlər versələr də, bunu edə bilməz və ya etməzlər və təcrübələrindən irəli gələrək başa düşərlər ki, yuxu rejimini düzəltmək bir gün tələb edən bir şey deyil. 

Yuxu rejimi

Yuxu rejimi pozulan insanlar güclə durar və durduğu zamanda yuxudan gec ayılar. Ona görə də işlərinin məhsuldarlığı ya gec olar və ya keyfiyyətsiz olar.

Gec duran insanlar normal günlərin birində tez dursalar, günün necə də uzun olduğu hiss edərlər. Gec durduqda isə gün onlar üçün tez keçər. Bu isə o deməkdir ki, yuxu həyatınızın çox hissəsini sizin əlinizdən alır. Bir şeyi unutmayaq ki, burada çox yatılan yuxudan söhbət gedir, həddindən artıq olan yuxudan. 

Gündüzlər çox yatan insanların yuxuları müəyyən səslər səbəbindən daim kəsilir. Bu isə heç də doğru olmayan bir şeydir. Sağlam bədən və ruh halı üçün insan birdəfəlik oyanmamaq şərtilə yatmalıdır. 

Yuxu rejimi

Yuxunu rejimə salmaq üçün müəyyən bir zamana ehtiyac vardır. Bunun üçün hər gün əvvəlki gündən 15 dəqiqə və ya 30 dəqiqə əvvəl oyanmağınız bəs edər. Axşamlar isə mütləq eyni saatda yatın. Eyni saatda yatarkən bədən istər-istəməz bu rejimə öyrəşəcəkdir. Yuxunuz gəlməsə belə, həmin saatda yerinizə girin və əlavə heç bir şeylə məşğul olmayın.

Bir müddətdən sonra isə yuxunuzun necə gözəl bir hal aldığını və bununla da əlaqəli olaraq həyatınızda bir sıra şeylərin sizdən asılı olaraq müsbət yönə dəyişdiyini görəcəksiniz.

Ən əsası isə unutmayın ki, normal yuxu rejimi sizin sağlamlığınız üçün vacibdir.

3 dekabr 2014
GO BACK