Dəmir azlığı günümüzdə bir çox insanın qarşılaşdığı sağlıq problemlərindən biridir. Yediyimiz qidalardan, faydalı və yetərli qidalanmamaqdan qaynaqlanan dəmir azlığı problemilə qarşılaşırıq. Dəmir azlığı el arasında qan azlığıda adlanır. Siz də bitkin görünən, mat dərili və ağ olan adamlara qansız deyildiyini eşidibsiniz. Vücudda dəmir azlığı nəticəsində qan hüceyrələri azalır və dəmir azlığı qan azlığı olaraq tanınan anemiyanın yaranmasına səbəb olur.
Dəmir azlığı niyə olur?
- Tərkibində dəmir olan məhsulların istifadə edilməməsi.
- Həddindən artıq adət qanamaları (qadınlarda).
- Vücudumuzun dəmir sorulmasını etməməsi.
- Çölyak xəstəlikləri.
- Crohn xəstəliyi.
- Qan itməsinə səbəb olan xəstəliklər (mədə xərçəngi, bağırsaq xərçəngi və b.).
Dəmir azlığı xəstəliyin əlamətləri:
- Yorğunluq;
- Qırılan dırnaqlar;
- İştahsızlıq;
- Baş ağrısı;
- Əsəbilik;
- Solğun dəri rəngi;
- Nəfəs darlığı;
- Saç tökülməsi və b.
Dəmirlə zəngin qidalar
Bəzi qidalar vasitəsi ilə qanda dəmirin miqdarını artırmaq mümkündür. Bunun üçün bu qidaları günlük (həftəlik) menyunuza daxil etməlisiniz: yumurta (xüsusilə sarısı), balıq, ət (qoyun, inək, toyuq, qaz və b), meyvə quruları, xüsusilə kişmiş.
Hər birinizə sağlamlıq arzu edirəm!