Qadin.NET / Dişlərimizi təmiz saxlayaq

Dişlərimizi təmiz saxlayaq

 

Dişlərimizi təmiz saxlayaq

 

Diş əti problemlərinin əsas səbəblərindən biri – bədnam diş ərpidir. Dişlərinizi müntəzəm şəkildə ondan təmizləyərkən gələcəkdə bir çox problemlərin qarşısını almış olursunuz. Diş səthini tam təmizləmək məqsədi ilə onun hər səthini 20 dəfədən az olmayaraq fırçalamaq lazımdır. Təmizləmə prosesi isə üç dəqiqədən az  davam etməməlidir. Düzgün diş fırçasını seçmək çox vacibdir. 

Bu gün mən sizə dişlərimizi necə təmiz saxlamağın sirlərini öyrədəcəyəm.

 

Dişlərimizi təmiz saxlayaq

Birinci üsul

 

Əvvəlcə dişlərimizi normal diş fırçası və diş məcunu ilə təmizləyirik. Sonra ağzımızı yaxşıca yuyuruq ki, diş məcunu qalmasın. Sonra isə bir qab götürərək aşağıdakı tərkibi hazırlayırıq.

1 çay qaşığı adaçayı

1 çay qaşığı darçın

Qarışdıraraq aldığımız məhlulu təmiz bir diş fırçası ilə dişlərimizə sürtürük. Ancaq bu üsulu axşam yatmazdan əvvəl etmək lazımdır. Bir həftə ərzində etdiyiniz təmizləmə prosedurundan sonra dişlərinizin necə parlaq olduğuna şahid olacaqsınız.   

 

İkinci üsul

Birinci üsulda qeyd edildiyi kimi yenə dişlərimizi təmiz yuduqdan sonra bir qab götürüb aşağıdakı tərkibi hazırlayırıq.

3 damla zeytun yağı

1 çay qaşığı karbonat

Yarım limon suyu

Onları yaxşıca qarışdırıb dişlərimizə sürtürük. Bu üsuldan gündə bir dəfə istifadə etməklə 1 həftə müddətində dişlərinizin təmizlənməsinə davam etməlisiniz. Nəticədə parlaq və ağarmış dişlərə sahib olacaqsınız. 

27 yanvar 2015
GO BACK