Qadin.NET / Bakteriyalardakı dizayn

Bakteriyalardakı dizayn

Bakteriyalardakı dizayn

Bakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etməkdə çox böyük əhəmiyyət daşıyan bir qrupu meydana gətirirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, bu səbəblə də hər hansı bir növ orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın sayca ən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına bir çox şəkildə təsir edirlər. 

Bakteriyalardakı dizayn

Bakteriyalar bəzən oksigeni bol olan mühitlərə üstünlük verir, bəzən də oksigensiz torpaq altında yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edərkən, bir qismi də üzvi maddələri tərkib hissələrinə ayıraraq enerji əldə edirlər. Hətta bir-birləri ilə eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda belə bunların, əslində, bir-birlərindən fərqli növlər olduqları aydın olur. 

Bakteriyalardakı dizayn

Bakteriyalar canlılar aləmində prokaryotlar adlandırılırlar. Sahib olduqları tək hüceyrə içində bir nüvə və sərbəst şəkildə gəzən məlumat bankları -DNT- var. Olduqca kompleks quruluşda hüceyrə pərdəsinə və ribosoma sahibdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokaryotik hüceyrələrin fəaliyyətlərinə bağlı olaraq reallaşır.

Bakteriyalar olduqca yüksək və ya aşağı temperatura uyğunlaşır, torpaq altına girə bilir, havada uçur, okeanın dibində yaşaya bilir və hətta radiasiyaya qarşı dözümlü hala gələ bilirlər.

Hələ mikroorqanizmlərin quruluşunu izah edə bilməyən təkamülçülər bu canlıların strukturlarında olan estetik görünüşə heç bir məna verə bilmirlər. Uyğun şəraitlərdə bakteriyalar hər 10-30 dəqiqə içində saylarını iki dəfə artırırlar. Tək bir bakteriyanın sayı əvvəl ikiyə, sonra dördə, daha sonra səkkizə çıxaraq çoxalır və bu əməliyyat bu şəkildə davam edir. Bakteriyaların bəzi növləri -271 C soyuqdan və bir neçə saat içində -190 C dərəcədən müsbət 25o C-yə qədər dəyişən sürətli temperatur dəyişikliklərindən təsirlənmirlər. Bəzi növlər isə insan üçün öldürücü olan dozanın 2000 qatdan çox olan bir atom radiasiyasına belə dözə bilir. Bəziləri insan və bitkilərdəki maddələr mübadiləsinin faydalı üzvü olduğu halda, bəziləri də müxtəlif xəstəliklərə səbəb olur. (Böyük Larousse Lüğət və Ensiklopediyası, 3-cü cild, səh. 1237-1238 – 2000 QAT RADİASİYA)

R.Əkbərov

2 oktyabr 2014
GO BACK