Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün sonarabənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.
Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar.
Paket yollayaraq ünsiyyət qurma
Bakteriyaların ünsiyyət qurma formalarıı çox diqqətçəkəndir. Bakteriyalar bir-birlərinə bir qismi dostluq mesajı, digər qismi isə bomba daşıyan paketlər yollayayırlar. Bu inanılmaz paket sistemi kimyəvi maddələrlə qurulan əlaqədən daha çox fərqlənən şəkildə siqnallardan istifadə edərək əmələ gəlir. Bunlar tərkibində bəzi mesajlar olan kiçik şar formasındadır.
Bəs bu mesajlar necə daşınır?
Bakteriyalar bu mesajları incə bakteriya pərdəsilə qablaşdırırlar. Paketlər kiçik şarlara bənzəyən qovuqcuq formasındadır və bu qovuqcuqlar yerinə görə bakteriyaların bir-birləri ilə ünsiyyət qurmalarını təmin edir və ya o anın ehtiyacına görə düşmənə bomba paketi formasında toksin daşıyır. Şübhəsiz, burada maraqlı cəhət var.
Bakteriyanın hazırladığı paket yoldaşları ilə ünsiyyət qurmasını təmin edərkən düşmənlə qarşılaşdıqda bir andaca necə zərərli formaya çevrilir? Bakteriya ona yaxınlaşanın düşmən, yoxsa dost olduğuna bir anda necə qərar verir? Tək hüceyrəli bir mikroorqanizm bütün bunları düşünüb, təcrübədən keçirrərək öyrənib öz növünün bütün üzvlərinə izah edə bilərmi?
Bakteriyaların düşmənləri nə üçün çaşırlar?
Bakteriya bu paket sistemi ilə başqa müdafiə metodu da əldə edir. Bakteriya torbacığından çıxan və ətrafını əhatə edən qovuqcuqlar düşmənlər tərəfindən sanki bir bakteriya sürüsü kimi qəbul edilir. Zərərli mikrob sürüsü bakteriyanın tək, yoxsa öz ciinslərilə əhatə olunduğunu anlamağa çalışarkən vaxt keçir. Bakteriya d bu əsnada toksin bombardmanına keçmək üçün vaxt qazanır. Burada qarşımıza cavablanmalı yeni suallar çıxır. Məsələn, bakteriyalar bu qovuqcuqları əmələ gətirərkən; Qovuqcuqların düşmənləri tərəfindən bakteriya sürüsü kimi qəbul ediləcəyini haradan bilirlər? Onlara bu biliyi kim vermişdir? Bəs bakteriyaya zərər verən mikroblar bakteriyada belə bir mexanizm olduğunu necə təxmin edirlər?
Bütün bu sualların cavabı bizlərə mükəmməl yaradılışı göstərir. Yuxarıda bəhs edilən kompleks sistemlərin hamısı Yaradıcının sonsuz qüdrətinin və üstün yaratmasının dəlilləridir.
Nəticə
Allah gözlə görünməyən bakteriyalara üstün şüur və iti zəka ilə hərəkət etmə bacarığı vermişdir. Bir bakteriya Allahın ilhamı ilə insanların əvvəlcədən fərqinə varmadığı, hətta təxmin belə etmədiyi hadisələri müəyyən edir və onlardan daha cəld davranır.
Təkamülçülərin iddia etdiyi kimi bütün bunları təsadüflərlə açıqlamaq mümkün deyil. Çünki “ilk bakteriyanın” təsadüfən əmələ gəldiyini açıqlamaq mümkün deyil. Hələ heç bir canlılıq izi yox ikən, bakteriyanın tamamilə nəzarətsiz mühitdəki şərtlərdən təsadüfən təsirləndiyini, ani surətdə nəfəs almağa başladını, təsadüfən müxtəlif dəyişikliklər keçirdiyini, bəzi möcüzəvi xüsusiyyətləri və indiki hərtərəfli xassələrini qazandığını iddia etmək elmdənkənar yanaşmadır.
Əsrimizin inkişaf edən elm və texnologiyası bakteriyaların möcüzəvi xüsusiyyətlərini bir-bir kəşf edərək təkamül nəzəriyyəsi yalanını bir daha ifşa etmişdir. Bu canlılarda rast gəlinən hər xüsusiyyət Allahın gözlə görünməyən bir canlıda necə qüsursuz sənət meydana gətirdiyini kəşf etmək və bunu təqdir etmək üçün yol açacaqdır.
Kazımov İzhar