Qadin.NET / Xəstəlik (son)

Xəstəlik (son)

Xəstəliklər barədə danışarkən peyvəndləri də qeyd etmişdik. Bu dəfə isə sizə peyvəndlər barədə geniş məlumat vermək istəyirəm.

Xəstəlik (son)

Peyvəndlər və onun tibbdə əhəmiyyəti

Dünyada hər il infeksion xəstəliklərdən on milyon insan ölür. İnfeksion xəstəliklərə qarşı ən yaxşı mübarizə üsulu peyvəndlənmədir ki, o da tibb tarixində ən mühüm hadisə sayılır. Böyük rus alimi İ.İ.Meçnikov müəyyənləşdirdi ki, leykositlər orqanizmə düşən və xəstəlik törədən mikrobları tutub məhv edirlər. Bu prosesi alim faqositoz, leykositləri isə faqositlər adlandırdı. Meçnikovun tədqiqatlarının nəticələri immun təliminin əsasını qoyacaq, infeksion xəstəliklərin qarşısının alınmasına xidmət edən və bəşəriyyəti çoxsaylı qırğınlardan qurtaran peyvəndləmə üsulunu yaratdı. Orqanizmə düşmüş xəstəliktörədən bakteriyalar toksin adlanan zəhər hazırlayaraq düşdüyü yerə ifraz edirlər. Orqanizm isə həmin toksini-zəhəri neytrallaşdıran antioksin hazırlayır. Bu antioksinlərin bəziləri qanın bir tərkib elementi kimi illərlə orqanizmdə qalır, ona görə də insanlar həmin xəstəliyə təkrarən tutulmurlar. İnfeksion xəstəliklərə qarşı orqanizmin müqavimətinin artması immunitet adlandırılır. İmmunitet-yunanca "immun" sözündən götürülüb, xilasetmə, azadetmə deməkdir. İmmunitetin iki növü var: anadangəlmə immunitet-növə məxsus olur və sonradan qazanılan immunitet-fərdə məxsus olur. Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn, dovşan və yaxud it-poliomelit (uşaq paralici) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın taun xəstəliyinə tutulmur. Sonradan qazanılan immunitet özü də iki yerə bölünür: təbii sonradan qazanılan immunitet və süni sonradan  qazanılan immunitet.

Xəstəlik (son)

Bunların hər ikisi aktiv və passiv immunitetlərə bölünürlər. Təbii, aktiv immunitet orqanizmdə o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi təbii halda keçirir. Təbii passiv immunitet isə ananın qanı ilə plasentadan keçərək dölün qanına düşür və döldə əmələ gəlir. Passiv immunitet ananın südüylə də keçə bilir. Məsələn, skarlatina, difteriya və s. Lakin 1-2 il keçdikdən sonra həmin antitellər dağılır, orqanizmdən tədricən çıxır və uşaq həmin xəstəliklərə tez bir zamanda yoluxa bilir. Süni aktiv immunitet sağlam adama və ya heyvana xəstəlik törədən mikroorqanizmlərin zəifləmiş kütləsini və ya mikrob zəhəri-toksinini inyeksiya etdikdən sonra əmələ gəlir. Bu preparatın vaksinindən insana köçürdükdən sonra həmin adam o xəstəliyə yüngül formada tutulur, nəticədə orqanizmdə antitel əmələ gəlir. Süni passiv immunitet orqanizmə tərkibində xəstəliktörədən mikrob və onun zəhəri olan antitel və antioksin olan zərdab köçürülür. Zərdabı başlıca olaraq immunlaşdırılmış atın qanından alırlar. Passiv immunitet bir aydan çox orqanizmdə qalmır, ancaq orqanizmə zərdabı köçürən kimi öz təsirini göstərir. Müalicəvi zərdabın vaxtında orqanizmə köçürülmısi ağır infeksion xəstəliklərin tez bir zamanda qarşısının alınmasına səbəb olur, əks halda xəstə orqanizm həmin xəstəliyə qarşı lazımi miqdarda antitel hazırlaya bilmir və nəticədə ölür.

Qeyd etməliyik ki, embrional inkişaf dövründə dölün orqanizmində antitellər formalaşmır. İlk 3 aylıqda körpələr bir qayda olaraq infeksion xəstəliklərə tutulmurlar. Buna səbəb ana orqanizmindən alınan immun antitelləridir. Anadan plasenta vasitəsilə antitel daşıyıcısı olan qamma qlobulin dölə keçir. Antitellərin bəziləri isə südlə körpəyə çatır.

Xəstəlik (son)

Orqanizm böyüdükcə onun immunoloji xüsusiyyəti formalaşmağa başlayır ki, bu prosesdə də profilaktik peyvəndin rolu çox böyükdür. Bəzi xəstəlik törədicilərinə qarşı peyvənd və təkrar peyvənd-revaksinasiya vaxtı aşağıdakı kimidir:
1. Vərəmə qarşı-anadan olandan 5-7 gün sonra; təkrar peyvənd- 7-12 və 17 yaşında;
2. Poliomelitə qarşı-ilk dəfə 2 aylığında, revaksinasiya 1, 2 və 3 yaşında, daha sonra 7 və 15-16 yaşında;
3. Difteriyaya, göy öskürəyə qarşı-ilk dəfə 5-6 aylığında, təkrar peyvənd 2-3 və 6 yaşında;
4. Çiçəyə qarşı-ilk dəfə 1-1,5 yaşında, 8 və 15 yaşında;
5. Qızılcaya qarşı-ilk dəfə 10 aylığında, 8 yaşında isə peyvənd olunmamış və qızılcaya tutulmamış körpələrin hamısına.

Xəstəlik (son)

Peyvəndin təhlükəsizliyi və effektivliyi haqqında alimlər arasında çox müxtəlif fikirlər mövcuddur. İnkişaf etmiş ölkələr üzrə bir misala diqqət yetirək: 1986-cı ilədək İngiltərədə 160 milyon dozada qızılcaya qarşı peyvəndləmə aparılıb ki, bundan da 5-15 %-də peyvənddən sonra beşinci gün hərarət qalxıb, milyonda birində mərkəzi sinir sisteminin pozulması (ensefalit) halı baş vermişdir.
Tərkibində ölmüş bakteriyalar olan və göy öskürəyə qarşı aparılan peyvənd bəzi
hallarda qıcolmalarla müşayiət olunan ruhi çatışmazlıqlara (10 000-də birində), eləcə də baş beynin zədələnmələrinə (300 000-də birində) səbəb olur. Qızılca və difteriya xəstəliklərinə qarşı aparılan peyvəndlər yerli iltihaba və laringit xəstəliyinə gətirib çıxarır.  Lakin xüsusi qeyd etməliyik ki, peyvənd olunmadıqda uşaqlar bu xəstəliklərdən tez-tez ölürlər. Ona görə valideynlər bu əməliyatın vacibliyini dərindən dərk etməlidirlər.

Müəllif: C.Ə.Nəcəfov

29 iyul 2014
GO BACK