Qadin.NET / Görmə qabiliyyətini bərpa etmək mümkündürmü?

Görmə qabiliyyətini bərpa etmək mümkündürmü?

 

 

Belini  əymə! Qaranlıqda yazı yazma, gözlərini korlayarsan! Uzanaraq oxuma, kor olarsan! Çoxlarımız uşaq vaxtı bu sözləri  valdeynlərimizdən eşitmişik. Gənc yaşlarında sağlamlığını qoruyub saxlamağı təəssüf ki, hər kəs bacarmır. Məhz ona görə də görmə  qabiliyyətini bərpa etmək mümkün olub-olmadığı sualı günü-gündən insanları düşündürür. Müasir texnika öz əvvəlki sağlamlığınızı qaytarmağın bir neçə yolunu təklif edir. Hər hansı bir əczaxanada siz görmə üçün dərmanlar tapa bilərsiniz. Xalq təbabəti göz sağlamlığının yaxşılaşdırması üçün bir neçə resep qoruyub saxlamamaqdadır. Bu reseplər nə qədər effektlidir və əməliyyat olmadan  görmə qabiliyyətini bərpa etmək olarmı? Alimlər sübut ediblər ki, həqiqətən, görmə qabiliyyətinin zəfləməsi çox vaxt göz əzələlərinin  gücdən düşməsiylə nəticələnir. Əgər səbəb budursa, onda görmə qabiliyyətini məşqlərlə bərpa etmək olarmı? Bəli, lakin bunu  etmək  asan deyil. Göz hərəkətlərini müntəzəm etmək, daim yadda saxlamaq lazımdır. Amma yaşadığımız gərgin mühitdə bu mümkünsüzdür. Göz əzələləri sağlamlığını qorumaq, göz üçün müntəzəm hərəkətləri yerinə yetirməyə erkən yaşlardan başlamaq lazımdır.

Görmə qabiliyyətini bərpa etmək mümkündürmü?

Yemək normasında mütləq A vitamini ilə zəngin qidalar olmalıdır.

Görmə qabiliyyətini bərpa etmək mümkündürmü?

Göz sağlamlığı üçün balıq əti, balıq yağı, yerkökü, qaragilə faydalıdır. Çiyələk göz damarlarının təzyiqini azaltmaq üçün faydalıdır. Demək, sağlamlığımız üçün də xeyirlidir. Əgər sizin məqsədiniz görmə qabiliyyətinizi yaxşılaşdırmaqdırsa, onda siz ciddi şəkildə  sağlamlığınıza fikir verməli, qidanızda dəyişiklik etməli, kompyuter qarşısında işləməyi dayandırmalısınız. Gözlərinizdə dəyişiklik dərhal olmayacaq, lakin sadə qaydalara əməl edərək, gözlərinizin zəifləməsinin qarşısını ala bilərsiniz. Beləliklə, yaxından görmə qabiliyyətini  bərpa etmək mümkün olub-olmaması barədə suala cavab tapılıb. Bu, əlbəttə, böyük səy tələb edir, amma alınan nəticə buna dəyər. İldə bir dəfə göz həkimini mütləq ziyarət etməyi unutmayın. Gözləmək lazım deyil ki, görmə qabiliyyətinizdə mühüm problem olsun. Axı  cəmi bir gün sağlamlığımıza vaxt ayırmaq elə də çətin deyil. Nəticədə, siz bir çox xoşagəlməz hadisələrdən xilas olarsınız. Öz övladnızın sağlamlığına diqqət edin, ona göz hərəkətlərini yerinə yetirmək qaydasını öyrədin. Axı sağlamlığımızı qorumaq daha asandır, nəinki yenidən qaytarmaq. Sadə tövsiyələr bir çox ciddi xəstəliklərin, patologiyalarının və göz strukturlarının pozulmasının qarşısını almaq üçün kömək edəcək. Bu tövsiyələrə əməl edərək, görmə qabiliyyətini bərpa etmək olarmı sualı sizi narahat etməyəcək.

Gözlərimiz bizim ən dəyərli  orqanımızdır.Gəlin gözlərimizin qeydinə qalaq.

26 iyun 2014
GO BACK