1. Dırnaq: Dırnaqlarınızda yüngül mavi ya da bənövşəyi rəng, ürək xəstəliyi ilə qarşı-qarşıya olduğunuz mənasını verə bilər. Dırnaqlarınızın həddindən artıq qalın olması ya da üstlərində çıxıntılar olması da ağciyər probleminiz olduğunu göstərə bilər.
2. Nəfəslərinizi sayın: Dəqiqədə 15 dəfə və daha az nəfəs alıb verirsinizsə,demək sağlam ciyərlərə sahibsiniz. Əgər 25 dəfə nəfəs alıb verirsinizsə sağlamlığınıza diqqət yetirməlisiniz.
3. Gözlər: Güzgüdə gözlərinizdən birinə baxın.Bəbəyinizin ətrafında ağ bir dairə varsa xolesterininiz yüksəkdir. Bu, yaxınlaşan ürək problemlərinin də ən böyük xəbərçisidir.
4. Ovucunuzun içinə baxın: Ovuc içləriniz qırmızı və ləkəlidirsə qaraciyərinizdə problem var.
5. Yaddaş kontrolu: Bir nimçənin üstünə təsadüfi 10 əşya qoyun. Çoxusunu xatırlaya bildinizsə yaddaşsızlıq riskinizin daha az olacağı anlamına gələr.
6. Əzələ kontrolu: Kürək üstü yatın. Qıçlarınızı dümdüz uzadın. Bir qıçınızı havaya qaldırın. Bir adamın ayağınızı basmasını istəyin.Əgər qıçınız yerə düşürsə, əzələlərinizdə bir zəiflik olduğu mənasını verir.
7. Görünüş: Gözünüzün altında, almacıq sümüyünüz üzərinə bir xətkeş qoyun. Sonra xətkeşin üstünə bir kredit kartı yerləşdirin, kartı yavaş-yavaş gözünüzə doğru sürüşdürün.Ən rahat oxuduğunuz uzaqlığı ölçün. Nə qədər yaxına gəlirsə gəlsin, kartı rahat oxuya bilirsinizsə bu yaxşıya işarədir.
8. Zobdan şübhələnirsinizmi?: Qollarınızı yerə paralel olaraq, qarşınızda bir şeyə uzanırmış kimi uzadın. Əlləriniz titrəyirsə zob olma riskiniz çoxdur.