Dünyada insanların böyük əksəriyyəti inək südünə nisbətən keçi südündən daha çox istifadə edirlər. Bütün dünya üzrə 440 milyondan artıq keçi təxminən 4,8 milyon tona yaxın süd verir.
Orta Asiya, Şimali Qafqaz və Krımda keçi südündən istifadə geniş yayılıb. İtaliya, Yunanıstan və Yaxın Şərq əhalisi də keçi südündən çox istifadə edir. Bütün dünya üzrə istehsal olunan südün 72%-i məhz keçi südüdür. Keçi südü tərkibinə və müalicəvi əhəmiyyətinə görə həmişə birinci yerdə olacaqdır.
Keçi südünün 11 üstünlüyü
1. İnək südündən daha yüngüldür.
2. Tez həzm olunduğu üçün uşaqlar və xəstələr üçün alternativ qida məhsuludur.
3. Mədədə selik əmələ gətirmir. Tərkibində mürəkkəb zülallar yoxdur və bu da allergiya və astmadan əziyyət çəkən xəstələr üçün çox xeyirlidir.
4. Keçi südündə digər ev heyvanlarının südündəkindən daha çox xlor, flüor və silisium var.
5. İnək südü gec həzm olunur və mədədə böyük çürüntülər yaradır. Keçi südü isə xəfif çürüntü yumaqları əmələ gətirir və buna görə daha tez və daha asan həzm olunur. İnək südü 10%, keçi südü isə cəmi 2% çürüntüdən ibarətdir.
6. Keçi südündə mədə şirəsinin turşuluğunu azaldan zülallar və fosfatlar var. Buna görə də o, mədə yarasının müalicəsi və profilaktikası üçün ideal vasitədir.
7. Keçilərdə vərəmə qarşı təbii immunitet olduğundan üçüncü dünya ölkələrində bu xəstəliyi keçi südünün tərkibindəki anticisimlər vasitəsilə müalicə edirlər.
8. Keçi südünün tərkibində daha çox A vitamini var. Hesab edilir ki, bu vitamin onkoloji xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır.
9. Yeni sağılmış keçi südü mikrobları öldürmə qabiliyyətinə malikdir. Bu səbəbdən də uzun müddət korlanmır. Otaq temperaturunda 48 saat, soyuducuda isə hətta bir həftə saxlamaq mümkündür.
10. Tərkibində təbii piylər az olduğundan keçi südü qaraciyər üçün əlavə ağırlıq yaratmır.
11. Keçi südü qəbizliyə də kömək edir.