Qadin.NET / Qarında şişkinliyi yox etmənin 10 yolu

Qarında şişkinliyi yox etmənin 10 yolu

Qarında şişkinliyi yox etmənin 10 yolu

1. Qarında şişkinlik hiss edirsinizmi? Holistik qida uzmanı Cillian Mckeith, səhərlər acqarına ilıq su içməyi məsləhət görür.
Yeməklərdən əvvəl 1 stəkan ilıq suyu az-az içməkdə çox fayda vardır.Qarında şişkinlik varsa,bir müddət soyuq su içilməməli,çünki qaz əmələ gətirir.
2. Bir az kərəviz çeynəyin.Mckeith kərəvizin bədəndə su dəngəsi üçün lazım olan sodyum və potasyumla zəngin olduğunu bildirir.
3. Kasnı  bitkisi şişkinliyi yüngülləşdirir,çünki bu bitkinin tərkibində prebiotiklər vardır.
4. Kələm turşusunu az miqdarda olsa da yeyin\onun da tərkibində həzmə yardım edən maddələr və bakteriyalar vardıdr.
5. Bir kasa qəhvə rəngli düyü və ya darı yemək olduqca faydalıdır.Hər ikisi də bağırsaq funksiyalarına yaxşı təsir edir.
6. Səhər yeməyinə kətan tuxumu tozu əlavə etmək faydalıdır.Kətan toxumunda bağırsaqları yağlayan və onalara yaxşı təsir edən liflər vardır.Əgər qarında şişkinlik olmuşsa,
rafinə edilmiş karbohidratlardan,spirtli içkilərdən,süd məhsullarından,duzdan,ədviyyatdan,kafeindən və paketlənmiş,işlənmiş qidalardan uzaq durmaq məsləhət görülür.
7. Bir böyük banan təxminən 602 mq potasyuma maləkdir.Potasyum da vücudun sodyum səviyyəsini düzənləyərək şişkinliyi yox edir.
8. Zəncəfil yemək və zəncəfil çayı içmək həzmi yaxşılaşdıraraq şişkinliyi aradan qaldırır.
9.Cəfəri təbii bir sidiksökdürücü vasitədir.Səhərlər yumurta yanında,axşamlar kartof yanında yemək məsləhət görülür.
10. Şirin və sulu olması ilə ananas da şişkinliyə yaxşı təsir edir.Ananasın sap hissəsi kəsilərək əzilir və yeyilir.Bu həssədə bromelain deyilən maddə şişkinliyi aradan qaldırır.

18 may 2009
GO BACK