Qadin.NET / Çayların xeyri

Çayların xeyri

 

Çayların xeyri

 

Sağlamlığınızın qeydinə vaxtında qalın ki, daim sağlam və gümrah olasınız.

Qidadan fərqli olaraq çaylar da sağlamlığa çox böyük təsir edir. Əvvəllər çaydan yalnız qüvvəni bərpa etmək üçün dərman kimi istifadə edirdilər. Çay zəhərlənmə hallarında da yaxşı təsir göstərir. Çay ta qədim zamanlardan istifadə olunan mayedir. Çayın tərkibində vitaminlər, minerallar, efir yağları və kofein var. Kofeinin miqdarı bir fincan çayda 30-60 mq təşkil edirsə, bir fincan qəhvədə 80-120 mq-dır. Qəhvədə olan oyadıcı təsir dərhal effekt verir, amma müddəti az sürür, təzyiq 10-20 dəqiqədən sonra aşağı düşür. Ona görə də tez-tez qəhvə içmək zəruriyyəti yaranır. Bir növ insan qəhvəyə vərdiş edir və asılılıq yaranır. Amma çaydaki kofein orqanizim tərəfindən aramla həll olunur, çox qalır və onun oyadıcı təsiri uzun müddət davam edir.

Dəmlənmiş çay 3-4 saatdan sonra keyfiyyətini itirir. Ona görə də çayı az-az və tez-tez dəmləmək lazımdı. Təzə dəmin xeyiri çoxdur.

Payız başlayandan qış bitənə kimi çay rasionunuza çobanyastığı, cökəçiçəyi, giləmeyvəli çaylar, itburnu, pambıqotu daxil edin ki imunitetiniz möhkəmlənsin, az xəstələnəsəniz.

 

Çayların xeyri

Nanəli çay

Mədədə həzmi asanlaşdırır, əzələlərdəki ağrını sakitləşdirir, ağciyərləri açır, bağırsağı təmizləyir, baş ağrılarını götürür, qan dövranını yaxşılaşdırır, yuxu gətirir, bədənin hərarətini azaldır, stressi aradan qaldırır.

Səhər nanəli çay içmək bədəni və ruhu möhkəmləndirir, günorta içmək həzmi rahatlaşdırır, axşam isə yorğunluğu aradan qaldırır.

 

Çayların xeyri

Yaşıl çay

Yaşıl çay damarların tonusunu azaldır ki, bu da arterial təzyiqi aşağı salır.

Damar tonusu yüksəlir, damarlar genişlənir, tonus qəfil azalır, təzyiq aşağı düşür. Ona görə də yaşıl çayın təzyiqi aşağı olanlar tərəfindən çox içilməsi yolverilməzdir. Sadəcə ümumi xeyrini nəzərə alıb bir fincan yaşıl çay təzyiq normal olan vaxt içilə bilər.

Təzyiqi aşağı olanların yaşıl çaya aludə olması ən böyük səhvdir, onlar çayı içdikdən 5-10 dəqiqə özlərini yaxşı hiss edə bilərlər. Lakin sonradan əksinə, təzyiq aşağı düşür, insan özünü əvvəlkindən də pis hiss edir.

Yaşıl çay təzyiqi yüksək olanlar üçün əsl dərmandır. 

Mədə xorası, qastrit, onikibarmaq xəstəliyi olanlar və 10 yaşa kimi uşaqlar yaşıl çaydan istifadə etməsələr daha yaxşıdır.

28 noyabr 2013
GO BACK