Qadin.NET / Sağlamlıq resepti

Sağlamlıq resepti

İngiltərədə universitet mütəxəssisləri tərəfindən hazırlanan sağlamlıq reseptini sizə təqdim edirəm.

 

Sağlamlıq resepti

 

Sarımsağı evinizdən əskik etməyin

Hər gün bir diş sarımsaq yedikdə orqanizmdə xəstəliyə yol açan zərərli maddələr 48% azalır.

Piyada gəzin

Hər gün bir kilometr yol qət etmək infarkt riskini azaldır.

Taxıl ilə xərçəngin qarşısını alın

Həftədə 4 dəfə taxıl məhsulları yeməklə xərçəngə yaxalanma riski 40 dəfə azalır.

 

Sağlamlıq resepti

 

Pomidoru çox yeyin

Pomidor iflic, infarkt və süd vəzi xərçənginin qarşısını alır.

Fast food-dan (ayaqüstü yeməklərdən) uzaq olun

Ürək xəstəliklərinin üçdə biri xolesteroldan qaynaqlanır. Qandakı xolesterolun miqdarını isə bu cür yeməklər artırır.

Bel ağrılarını işləməklə yaxşılaşdırın

Beli ağrıdıqda yatanlar il boyu 9.2 gün işə gedə bilmədikləri halda, işləyənlər onlara nisbətən daha tez yaxşılaşaraq 4.7 gün getmir.

 

Sağlamlıq resepti

 

Duzdan az istifadə edin

Hər gün yarım çay qaşığından artıq duz qəbul etmək ürək xəstəliklərini 21, iflic olma riskini isə 34 dəfə artırır.

Çoxlu çay için

İnfarkt keçirdikdən sonra çox miqdarda çay içənlərin ölüm riski 44% azalır.

Şok pəhrizlərdən uzaq olun

Az müddətli şok pəhrizlə arıqlamaq yaxşı deyil. Uzunmüddətli pəhrizə üstünlük verin.

 

Sağlamlıq resepti

 

Bir ovuc fındıq

Fındığın tərkibindəki selenium prostat vəzi xərçəngini 63, süd vəzi xərçəngini 46, bağırsaq xərçəngini isə 58 dəfə azaldır.

Hər dərdə dərman - aspirin

Aspirin qandakı laxtalanmanın qarşısını alaraq infarkt keçirmə riskini 44 dəfə azaldır.

Vücudu dincəldən idmanla məşğul olun

Həftədə üç dəfə bu cür idmanla məşğul olanlarda şezofreniya daha az görülür. Belələri stress və depressiya ilə daha asan mübarizə aparırlar.

7 sentyabr 2013
GO BACK