Yuxu ilə göz sağlığı arasında bir paralellik vardır. Sağlam həyat və sağlam gözlər üçün 6-8 saatlıq nizamlı yuxu vacibdir. Xüsusilə gərgin çalışanların nizamlı yuxu yatmaları və mümkünsə günorta yeməyindən sonra gözlərini 5-10 dəqiqə dincəltmələri lazımdır. Araşdırmalar gündə ən az 5 saatlıq yuxuya ehtiyac olduğunu göstərmişdir. Hər axşam eyni saatlarda yatmaq gözləri dincəldir. Qaranlıqda yatmaq gözlər üçün daha faydalıdır.
Yuxusuzluq ən çox kompüter başında təsir edir. Bu səbəbdən kompüterlə işləyən insanlar 20-20-20 qaydasına görə gözlərini dincəltməlidirlər. Bu qaydaya görə, hər 20 dəqiqədə bir 20 saniyə 20 metr uzağa baxmaq lazımdır.
İnsan normalda bir dəqiqədə 15-20 dəfə gözlərini qırpır. Amma konsentrasiya səviyyəsi artdıqca qırpmanın sayı azalır. Kompüterdə çalışarkən dəqiqədəki göz qırpma sayı 5-ə qədər düşür və göz davamlı açıq olduğu üçün gözyaşı buxarlaşıb uçur. Bu da gözlərin qurumasına səbəb olur. Uzun müddət kompüterdə çalışarkən şüurlu bir şəkildə gözləri daha çox qırpmaqla göz yaşı təbəqəsi və gözlərin nəmliliyi qorunmuş olar.
Yuxusuzluğun nəticələri:
- Yuxusuzluq ciddi göz narahatlıqlarına yol açır. Bu vəziyyət xüsusilə yaşlanma ilə ortaya çıxan qan damarlarının iltihabı xəstəliyi kimi də qeyd edilir. Qeyri-kafi qan axını səbəbiylə optik sinirdə zədələnmə əmələ gəlir və görmə itkisinə səbəb olur.
-Yuxusuzluq nəzarət qapaqlarında şişə və göz qapağı şişlərinin yaranmasına gətirib çıxarır.
-Gözlərin ətrafında tünd halqalar əmələ gəlməsinə səbəb olur.
-Yuxusuzluq səbəbiylə göz qapağı əzələlərində spazm ola bilər. Bu spazmlar ağrılı deyil, görməyə zərər verməz. Amma narahatedici ola bilər.
-Yuxusuzluq göz quruluğuna yol aça bilər. Göz quruluğuna bağlı ağrı, batma, yanma, işığa qarşı həssaslıq, qaşıntı, qızartı və bulanıq görmə ola bilər.