Qadin.NET / Qırmızı rəng qəlbi qoruyur

Qırmızı rəng qəlbi qoruyur

Qırmızı rəng qəlbi qoruyur

Təbiətdəki meyvə və tərəvəzlərin rəngləri sağlamlığımıza birbaşa təsir edir.

Eynilə göy qurşağının rənglərində olduğu kimi təbiət də qidasını bir çox fərqli rənglərdə saxlayır. Hər bir rəngdəki qidanın isə özünəməxsus bir faydası var. Məsələn, qırmızı rəngli tərəvəzlər bitki mənşəli kimyəvilərdən flavonoidləri istehsal edir və bu maddələr həzm-tənəffüs sistemi xəstəlikləri və bəzi xərçəng növləri ilə mübarizədə güclü  azaldıcı təsirə malikdir. 

Qırmızı rəng qəlbi qoruyur
Xüsusilə qırmızı çuğundur, qırmızı kələm  bu maddələrlə zəngindir. Pomidor, nar, quşburnu, böyürtkən, albalı, çiyələk, qarpız C vitamini ilə zəngin qidalardır. C vitamini immunitet sistemini gücləndirir ,infeksiyalara qarşı qoruyucu təsirə malikdir, dəmir, kalsium kimi mineralları ilə B vitamininin bədəndə istifadəsini artırır. Yemək borusu, mədə  xərçənginin yaranmasının qarşısını alır. Pomidor,quşburnu və qarpızın ürək damar xəstəliklərində şəfaverici təsiri var.
Qırmızı alma, qırmızı ərik kimi meyvələr kalium baxımından zəngindir. Sağlamlığın davamlı ola bilməsini təmin etmək üçün tərəvəz və meyvələri gündəlik qəbul etməliyik.
Qırmızı rəng qəlbi qoruyur

Göyərtinin xərçəng önləyici təsirindən faydalanmaq üçün bol-bol ispanaq, pazı, cəfəri, kahı, nanə və s. yeyin. Bu qidalar C vitamini və dieta baxımından son dərəcə zəngindir. 

Kələm, gül kələm, soğan, sarımsaq, kərəviz, turp kimi tərəvəzlər kükürdlü maddələr istehsal edir və bu maddələr mədə xərçəngi və bəzi xərçəng növlərinin meydana gəlmə riskini azaldır, orqanizmdəki zərərli maddələrin təsirsiz hala gətirilməsini təmin edir, qastrit və xora meydana gəlməsinə mane olur, qanda xolesterolun səviyyəsini salır, yüksək təzyiqi nəzarət altına alır və immunitet sistemini gücləndirir.
Aparılan son araşdırmalar rəngli meyvə və tərəvəz qəbulunun qadını daha da cazibədar etdiyini sübut edir.
Qırmızı rəng qəlbi qoruyur
Bu araşdırmalardan biri də Bristol Universitetindən Dr.İohan Stephenə aiddir. Stephen sıx karotin istehsal edən bəslənmə tərzinin dəri üzərindəki təsirini araşdırmaq üzrə etdiyi təcrübədə yüz nəfər arasında yaşıl lifli tərəvəzlər, qırmızı və narıncı meyvələr qəbul edənlərin daha cazibədar olduğu fikrinə gəlib.

Əziz  Qadin.Netlilər, gəlin sağlamlığımızı qoruyaq. Meyvə-tərəvəzlərə üstünlük verək.

22 avqust 2013
GO BACK