D vitamini bədənimiz üçün ən lazımlı vitaminlərdən biridir. Ancaq haqqında ən az məlumatımız olan vitamin də elə D vitaminidir. Buna görə də bu vitamin haqqında məlumat vermək qərarına gəldik.
D vitamini orqanlarımızda yığıla bilən vitaminlərdən biridir. Ən təsirli şəkildə qəbul etmənin yolu isə hər gün müəyyən müddətlərlə birbaşa günəş işığına məruz qalmaqdır. Çünki gündə 10-30 dəqiqə arasında hər hansı bir qoruyucudan istifadə etmədən, üzünüzə günəş dəymədən alacağınız günış vannası sizin D vitamininə olan gündəlik ehtiyacınızı ödəyəcək.
D vitamininin ən böyük əhəmiyyəti əzələ və sümük quruluşundakı aktiv istifadəsidir. D vitamini azlığı olanlarda tez-tez sümük və əzələ ağrıları, sınıqlar, sümük əriməsi və digər narahatlıqlar ortaya çıxır. Bununla yanaşı, tənəffüs sistemindən tutmuş xərçəng xəstəliyinə mane törədilməsinə qədər bir çox məsələdə önləyici təsiri olan D vitamini bədəninizi qoruyacaq.
Ölkəmiz olduqca günəşli olduğu halda xüsusilə yay dövründə insanların günəşdən qaçaraq bütün günü evdə keçirmələri ucbatından ən çox D vitamini əskikliyi olan yerlərdən biridir. Günəş vannası qəbul etməyən şəxslər qidalar və ya dərman qəbil etmə yoluyla D vitaminini təmin etməlidirlər.
Bu vitamini ala biləcəyiniz qidalar arasında dəniz və balıq məhsulları, süd və süd məhsulları və yumurta ön sırada durur. Zülal baxımından da olduqca zəngin olan bu qidalar hər iki ehtiyacınızı da qarşılayacaq. Ancaq qidalardan alınan D vitamini günəşdən alınandan fərqli olaraq həm qaraciyər, həm də böyrəklərdən keçməlidir ki, bu da gündəlik ehtiyacın qidalar vasitəsiylə ödənməsini çətinləşdirir. On dəqiqəlik günəş vannası otuz stəkan süddən ala biləcəyiniz D vitaminini əvəz edəcək.