Bədənimizin suya nə qədər çox ehtiyacı olduğunu siz də bilirsiniz. Fiziki olaraq sağlam şəkildə həyatımızı davam etdirə bilməyimiz üçün lazım olan bu yüksək su miqdarını qorumalıyıq.
Aparılan araşdırmalara görə, orqanizmimizin hər yerinə lazım olan mineral və digər maddələrin daşına bilməsi üçün kifayət qədər su istifadə etməyə ehtiyacımız var. Çünki qanımızın qatılaşması lazım olan bütün toxumalara daxil olmasına mane olur və bu da yaşlanma, qırışlar, xəstəliklərə yoluxa bilmə kimi problemlərlə qarşılaşmaya səbəb olur. Qısacası, bədəninizin ehtiyacı olan maddələri təkcə qidalar vasitəsilə deyil, eyni zamanda çoxlu su içməklə tamamlaya bilərsiniz.
Eyni zamanda hüceyrələrdəki sinir uclarının da suya ehtiyacı var. Uzun müddət susuz qalan şəxslərdə doğru reaksiyalar verə bilməmə və narahatlıq müşahidə edilə bilər. Sağlam beyin və sinir sistemi quruluşu üçün susuzluğa qarşı tədbir görməlisiniz.
Hüceyrələrimizin fəaliyyətində doğru turşu tarazlığının qurulması da sağlam şəkildə yaşaya bilmək üçün vacibdir. Davamlı olaraq işləyən hüceyrələrimizin yenidən əsas mühitinə keçə bilməsi üçün turşusunu su ilə çölə atması və yeni su ilə əsas mühiti yaratması lazımdır. Bu dövr doğru şəkildə təmin edilmədikdə hüceyrələrin toxumalarında müxtəlif xəstəliklər, ağrılar və problemlər yaranır.
Xüsusilə isti iqlimlərdə yaşayanlar, təəssüf ki, sudan istifadəyə kifayət qədər diqqət yetirmədikləri üçün susuzluğun mənfi təsirləri ilə üzləşirlər. Onlarda erkən yaşlanma əlamətləri, yorğunluq, qırışlar əmələ gəlir. Bunun üçün hər gün ən az səkkiz və ya on stəkan su içmək lazım olduğunu unutmamalısınız.
Artıq dərəcədə susuzluq meydana gəldikdən bir müddət sonra bədəniniz kimyəvi tarazlığını qoruya bilməyəcək və nəticədə ölüm baş verəcəkdir. Gündəlik həyatda az su istifadəsi ilə əlaqədar narahatlıqlar səbəbiylə həyatını itirənlər olduğunu nəzərə alsaq, mayedən istifadəyə barmaqarası yanaşmağın yanlış olduğunu görə bilərsiniz.