Qadin.NET / Çəkinin artmasına səbəb olan xəstəliklər

Çəkinin artmasına səbəb olan xəstəliklər

Çəkinin artmasına səbəb olan xəstəliklər

Çox yemək yeyirsəniz, hərəkətsiz həyat tərziniz varsa və psixoloji problemlər yaşayırsınızsa, çəkiniz arta bilər. Ancaq bunların heç birinin sizdə olmadığına inandığınız halda çəkiniz yenə artırsa, bu, bədəninizdə olan başqa narahatlıqlar səbəbindən ola bilər. Bu zaman mütləq müayinə edilməlisiniz. Özünüz özünüzə diaqnoz qoymayın. Çünki özbaşınıza müəyyənləşdirdiyiniz diaqnoz və müalicələr çəkinizin artmasını daha böyük bir sağlamlıq probleminə çevirə bilər.

Çəki artımının səbəblərindən biri bədəndəki estrogen hormonunun çatışmazlığı ola bilər. Xalq arasında cinsi hormon çatışmazlığı adlandırılan bu narahatlıq zamanı fərqli müalicə növləri tələb oluna bilər.

Həddən artıq yağlı qidalardan istifadəni sonradan azaltsanız və ya kəssəniz, bu, hipotalamusun pozulmasına səbəb olacaq və beləliklə bədəninizin enerji alma tarazlığı pozulacaq. Bu pozğunluq da çəkinin həddindən artıq artmasına səbəb olacaq.
Yuxunuzun keyfiyyətinə təsir edən problemlər, yuxu nizamında yaşanan pozğunluqlar yeyib-içmə vərdişlərinizdən tutmuş, bədəninizin immun sisteminə qədər bir çox sahəsinə təsir edir. Doyma hissinizin azalmasına səbəb ola bilən bu vəziyyət səbəbindən daha çox yemək yeyə bilərsiniz.

Çəkinin artmasına səbəb olan xəstəliklər

Hipotiroid - bədənin sahib olduğu sabit maddələr mübadiləsinin sürətini azaldır və azalan maddələr mübadiləsi daha az enerjidən istifadə edəcəyi üçün çəki artımı məcburi hal alacaq. Müalicə almasanız, çəkiniz get-gedə artacaqdır.

Böyrək üstü vəzin çox çalışması: Həddindən artıq çox çalışan böyrək üstü vəzi kortizol hormonu istehsalını artırır ki, bu hormonun çoxluğu xüsusilə qarın və boyun bölgələrində yağın yığılmasına səbəb olur. 

Yumurtalıqların poliskistik sindromu: Qadınlarda görülən bu narahatlıq da çəki artımına səbəb olur. Artım əsasən bel və qarın bölgəsində özünü göstərür. Yumurtalıqların polikistik sindromu olan qadınlara pəhriz proqramlarını tətbiq etmək təklif olunur.

Çəkinin artmasına səbəb olan xəstəliklər

Hipoqonadizm: Qadınlardakı cinsi hormon çatmazlığı kimi tanınan və əsasən kişilərdə görülən hipoqonadizm də çəki artımına səbəb ola biləcən xəstəliklərdən biridir. Müalicəsində östrojen əskikliyi varsa dərman verilir, yumuirtalıq çatışmazlığı varsa, ona uyğun hormon tətbiq olunur.

Hipotalamus pozğunluqları: Aparılan araşdırmalar hipotalamus pozğunluqlarının həddindən artıq çəkiyə səbəb ola biləcəyi tezisini təsdiqləyir. Yağlı qidalardan istifadə etmək bədənin enerji tarazlığını pozub hipotalamusa zərər verə bilir. Bu bölgədəki zülalların zərər çəkməsi ilə uzunmüddətli köklük ortaya çıxır.

Çəkini artıran xəstəliklərin önündə estrogen hormonunun əskikliyi gəlir. Bu hormonun əskikliyinə gətirib çıxaran səbəb isə həddindən artıq yağlı qidalardan bol-bol istifadə edilməsidir. Sonradan yağlı yeməkdən imtina etmiş olsanız belə, probleminiz çox təəssüf ki, özbaşına düzəlməyəcək. Bu dəfə də bədəninizin enerji alma və xərcləmə tarazlığı pozulacaq. Müalicə edilməsə, daha böyük problemlərə yol aça bilər.

5 iyul 2013
GO BACK