Qadin.NET / Ən yaxşı kosmetik vasitə - yuxu

Ən yaxşı kosmetik vasitə - yuxu

 Ən yaxşı kosmetik vasitə - yuxu

   Gigiyena və qidadan əlavə, zahiri görkəmimizə və əhval-ruhiyyəmizə təsir edən ən mühüm amillərdən biri də yuxudur. Lakin indi gur həyat tərzi, səs-küy və emosional gərginlik üzündən çoxları yuxunun pozulmasından əziyyət çəkdiklərini bildirirlər. Şübhəsiz ki, bu da onların psixologiyasına və zahiri görkəminə çox pis təsir edir.

Ən yaxşı kosmetik vasitə - yuxu

     Yuxunun pozulmasına səbəb olan ən mühüm cəhət işdəki əsəb gərginliyi ilə bağlı olan qanqaralıqlar, mənfi emosiyalardır. Yuxusuzluqdan əziyyət çəkən adamlar daha çox enerji sərf edir və həmişə yorğun görünürlər.Yorğunluqdan onların burun-dodaq əzələsində, gözlərinin ətrafında qırış əmələ gəlir, göz qapağları şişir, gözləri qızarır. Sifətin dərisi avazıyır və azca çatlayır.

     Yuxusuzluğa ən çox baş-beynin hüceyrələri çox həssas olur. Çünki onlar məhz yuxu zamanı təzələnir və iş qabiliyyətini bərpa edir. Alimlər adamların xasiyyəti, intellektual səviyyəsi, həyat tərzi və yuxusunun xüsusiyyəti arasındakı asılılığı və hətta onun hansı vəziyyətdə yatdığını belə ayndınlaşdırmışlar. Məlum olmuşdur ki, belə asılılıq, doğrudan da, mövcuddur. Məsələn, özünə güvənən adamlar sakit yatır və digərlərinə nisbətən yerlərində az çevrilirlər. Onların yuxusu daha dərin və daha qısa olur. Hər hansı başqa bir cəhətdən əziyyət çəkən adamlar isə narahat yatır, yerlərində tez-tez çevrilir və yuxuda diksinirlər. Yataq otağı böyük olmalıdır ki, orada maksimum təmiz hava olsun. Bundan başqa böyük otaqda bayırdan gələn səslər az eşidilir. Döşək yumşaq, kələ-kötürsüz olmalıdır. Balışın yumşaq olması da vacib şərtlərdən biridir. Yatmamışdan əvvəl otağın havasını dəyişmək lazımdır, hava çox soyuq deyilsə, pəncərəni açıq da qoymaq olar. Çünki, təmiz hava yuxu pozğunluğunu, gecə ayılmalarının və qarabasmaların ən yaxşı dərmanıdır. Yuxu qabağı sinir sitemini oyadan vasitləri qəbul etmək, yəni tünd qəhvə içmək, siqaret çəkmək olmaz.

Ən yaxşı kosmetik vasitə - yuxu

Çətinliklə yuxuluyanlar bir çay qaşığı bal ilə bir stəkan südü qarışdırıb içə bilərlər. Südü xoşlamayanlar bir çay qaşığı bal ilə yarım stəkan su, ya meyvə şirəsi, limon dilimi ilə su içə bilərlər. Yaxşı yatmağın əsas şərtlərindən biri də sinir sisteminə xoş təsir göstərən sakitlikdir. Kiçik bir səs-küy də orqanizmi qıcıqlandırır, əsəbiliyi artırır və yorğunluq hissinin əmələ gəlməsini sürətləndirir. Ona görə də yatanda ətrafda heç bir səs olmamalıdır. Yuxudan doymamaq ya da səthi yuxu orqanizmin vaxtından əvvəl qocalmasına, onun qüvvədən düşməsinə gətirib çıxarır ki, bu da öz növbəsində bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Müəyyən edilmişdir ki, hətta cüzi səs-küy, asta danışıq, tıqqıltı da yatan adamın yuxusunu pozur, onun nəbzi sürətlə vurur, tənəffüsü tezləşir. Belə yuxu tam istirahər vermir.

Yuxu qabağı pis xəbərləri təhlil etmək, ya da qorxulu filmlərə baxmaq olmaz. Yataqda uzanıb əzələlərin tam boşaldığına, alının qırışmamasına, qaşların düyünlənməməsinə, dişlərin qıcadılmamasına fikir verin. Dodaqlar sıx örtüldükdə ağızın ətrafında qırışlar əmələ gəlir. Bədən yataqda mümkün qədər yastı olmalıdır.

Ən yaxşı kosmetik vasitə - yuxu
Uşaqlara səs-küy daha pis təsir edir. Uşaq yatarkən səs-küy olduqda onun yuxusu səthi olur və o yuxu görməyə başlayır. Səs -küyün təsirindən uşaqlar əsəbi, şıltaq olurlar, onların iştahası pozulur və tez-tez başları ağrıyır. Yatmamışdan əvvəl bir qədər gəzmək lazımdır ki, oksigen catışmazlığı aradan qaldırılsın. İnsanın hansı işlə, yəni fiziki ya da zehni işlə məşğul olmasından asılı olmayaraq gərgin və uzun müddətli iş nəticəsində yorulur. Kifayət qədər dincəlmədikdə, yatmadıqda ifrat yorğunluq əmələ gəlir ki, bu da nəinki müxtəlif daxili orqanlarını və sinir sistemini pozur, hətta xroniki xəstəlikləri da şiddətləndirir. Cox vaxt hec ağlımıza da gəlmir ki, özümüzdən asılı olan nə qədər amillər bizim sağlamlığımıza, zahiri görkəmimizə, əhvalımıza təsir göstərir və bu da şən gəncliyin, fəal kamilliyin və xoşbəxt qocalığın təməlini qoyur. Bu amillərə ilk növbədə şəxsi gigiyena, düzgün qidalanma, yuxu və iş gününün, istirahətin düzgün təşkili aiddir.

Əzizlərim, hər birinizə sakit və gözəl həyat arzulayıram. Yuxunuz şirin olsun!

17 may 2013
GO BACK