Qadin.NET / Antidepressant məhsullar

Antidepressant məhsullar

Hər birimiz problemlərlə dolu həyatda elə yorulub tükənirik ki...Gərgin, əsəbi oluruq, xırda bir şeydən qıcıqlanırıq. Bu haldan çıxmaq ücün müxtəlif dərmanlara, preparatlara əl atırıq, nevropatoloqa, psixoloqa üz tuturuq. Gözümüzün önündə təbii xoşbəxtlik hormonları  varkən biz niyə dərmanlara əl ataq?!

Ərzaqların tərkibindəki bu hormonlar xoş əhval-ruhiyyə, özünəinam, sevinc, müsbət emosiyalar yaradır, enerjini yüksəldir. Gəlin bu ərzaqlarla tanış olaq.

Şokolad

Xoşbəxtlik hormonu hesab olunur, pozitivlik mənbəyidir, ətri əsəb gərginliyini, qıcıqlanmanı aradan götürür, sakitləşdirir.

Antidepressant məhsullar

Banan

Bananın tərkibindəki saxaroza, fruktoza və qlükoza insan orqanizmini yüksək enerji ilə təmin edir, əsəb sistemini sakitləşdirir.

Badam

Aqressiyanı, qıcıqlanmanı və yorğunluğu aradan götürür, həyəcanlı əsəb sistemini sakitləşdirir.

 

Antidepressant məhsullar

 

Yulaf
Yulaf unu nəinki insan orqanizmini vitaminlərlə təmin edir, o hətta yuxusuzluğu aradan götürür. Tərkibindəki tiaminin sayəsində ruh yüksəkliyi, optimizm kimi hisslər oyanır, mənfi emosiyalar yox olur. Bundan başqa yulaf yarması mədədə toxluq hissi yaradaraq qanda  şəkərin dərəcəsini normada saxlayır.

 

Dəniz məhsulları

Bir çox vitaminlərlə (A, D, B2, B12, PP) və zülal, fosfor, sink ilə zəngin olan dəniz məhsulları depressiyaya qalib gəlir.

Brokkoli kələmi

A, C, E, B1, B2, PP  vitaminləri, kalium, kalsium, dəmir, natrium, fosfor, maqnezium, yod tərkibli bu kələm mədə-bağırsaq sistemini tənzimləyir və təmizləyir.

Antidepressant məhsullar

Ət məhsulları

Yağsız dana əti stressə qarşı ideal variant hesab olunur, tərkibindəki vitaminlər zəifləmiş orqanizmi bərpa edir, əzələləri möhkəmləndirir və dözümlülüyü artırır.

 

Mərci

Mərci folat adlı maddədən ibarətdir, bu maddə bizim beyin hüceyrələrini tam şəkildə bərpa edir, emosianal sabitlik və özünəinam hissi yaradır.

 

Giləmeyvələr

Giləmeyvələrin içində qarağat və çiyələk ən güclü antidepressiv vasitə hesab olunur. Qarağat mədə-bağırsaq sistemini tənzimləyir, əsəb sistemini sakitləşdirir, gərginliyi aradan götürür. Çiyələk giləmeyvəsi yuxusuzluğu, yorğunluğu aradan qaldırır, insanın əhvalını sabitləşdirir.

Həyat gözəldi, gəlin onu rəngarəng edib sakitləşək, rahatlıq tapaq, xoşbəxt olaq.

25 aprel 2013
GO BACK