Bildiyimiz kimi, limonun faydaları bitib tükənmir. Şorbadan çaya, salatdan şiriniyyatlara qədər istifadə etdiyimiz limonun, böyrək xəstəliklərindən tutmuş cinsi xəstəliklərə qədər bir çox faydası var. Limon möcüzəvi meyvədir, suyu kimi qabığının da faydaları var. Belə ki suyundan qida kimi, qabığından isə gözəllik vasitəsi kimi istifadə olunur.
Limon qabığının ən əhəmiyyətli xüsusiyyəti dəriyə yaxşı təsir etməsidir. Dəri xərçənginə qarşı qoruyur, əsəbləri sakitləşdirir, beyində şişəmələ gəlməsinə maneə törədir. Eyni zamanda qaraciyər, ürək və öd kisəsi üçün ən sağlam qidalardan biridir. Xüsusilə stressli bir həyatı olan, spirt və ya siqaret istifadə edən şəxslərin çaylarının və yeməklərinin içərisinə limon qabığı əlavə etmələri tövsiyə edilir.
Limon antioksidandır
C vitamini ilə bol olan limonun ən əhəmiyyətli xüsusiyyəti antioksidant təsirə malik olmasıdır. Bədəndəki sərbəst radikal səviyyəsinin yüksəlməsinə maneə törədən limon zərərli maddələri bədəndən uzaqlaşdırar.
Limonu salatınıza qata bilər,limonad kimi içə və yeyə bilərsiniz.
Limonun qabıqlarını istifadə etmək isə sizə tam fərqli faydasi olacaq. Edilən araşdırmalara görə Limonun qabığında olan D-limonene adlı maddənin dərinin çox güclü dostu olduğu təyin olunmuşdur.
D-limonene sitrus meyvələrinin yağında olan və şiş inkişafına maneə törədərək dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə aşağı salan bir maddədir.
D-limonene maddəsinin təsiri: 11.00-16.00 saatları arasında günəş şüalarından qorunmanın lazım olduğunu onsuz da bilirsiniz. Bilmədiyiniz bir şey var, limonun tərkibində çox sayda C vitamini olduğu üçün günəş şüasına məruz qaldıqda oksidləşir. Bunun üçün də limon və digər sitrus meyvələrindən maksimum fayda təmin etmək üçün ya kölgədə yeyin ya da tez istehlak etməyə çalışın.
Sadəcə Amerikada ildə 200.000-dən çox insan dəri xərçənginə tutulur. Dəri xərçəngi günəşin parladığı hər yerdə özünü göstərə bilər. Üzünüzdə, qulaqlarınızda, əllərinizdə, hətta dodaqlarınızda belə meydana gələ bilər. Limon qabığının tərkibindəki D-limonene maddəsinin sayəsində bu riski azaltmaq öz əlinizdədir.
Limon yüksək təzyiqin düşmənidir.
Yüksək təzyiqli şəxslər limon istifadə edərkən diqqətli olmalıdırlar.
Bu da limonun bədənimizə digər faydaları
Ürəyi qüvvətləndirər və rahatlaşdırar.
Qan durulducudur. Qanazlığa xeyirlidir.
Enerji verir. Bədəndəki zəhəri atır.
Böyrək daşı və duz kristallarını ağrısız düşməyinə köməkçi olar.
Böyrəklərinizi nizamlı işlədər. Sidik qovucudur.
Qrip və öskürək şikayətlərində təsir göstərər.
Ağızdakı yaraları aradan qaldırar. Dişləri ağardar.
Cinsi sağlamlığa yaxşı təsir edər, cinsi gücü artırar.