Soyuq havalarda onlar bizə yaxşı formada qalmağa kömək edəcək. Bu vitaminləri tez-tez gündəlik rasionumuza daxil etməliyik.
1) A vitamini
Zülal sintezi tənmizləyən oksidləşmə azaldılması proseslərində iştirak edir.Yeni hüceyrələrin inkişafı üçün zəruridir. Onun çatışmazlığı nəticəsində dəri quruyur, dırnaqlar sınır, döyənək (mazol) əmələ gəlir. Saçlar öz parlaqlığını itirir və tökülür, kəpək əmələ gəlir, gözlər zəifləyir.
Mənbə:qaraciyər, balıq yağı, kərə yağı, süd, yumurta sarısı, ispanaq, yerkökü, balqabaq, cəfəri.
Gündəlik qəbul miqdarı: 1 mq.
2) B1 vitamin
Ürək və qan damarlarının yaxşı işləməsində, əhvalın yaxşılaşmasında böyük rol oynayır. Onun çatışmazlığı əsəbiliyə, yuxusuzluğa, iştahsızlığa gətirib çıxarır.
Mənbə: kəpəkli çörək, qəhvəyi düyü, qarabaşaq (qreçka), qoz-fındıq, gavalı, balıq, ət.
Miqdarı: 2-3mq.
3) B6 vitamini
Maddələr mübadiləsini stimullaşdırır, qırmızı qan hüceyrələri və hemoqlabinin yaranmasına kömək edir.
Mənbə: dənli paxlalılar, banan, yumurta, balıq, karof, ciyər.
Miqdar: 2mq.
4) C vitamini
İmmun sistemini gücləndirir və orqanizmi xəstəliklərdən sonra bərpasını sürətləndirir. Kollagenin və elastinin formalaşması üçün vacibdir. Çünki kollagen və elastin dərimizin formasını stressdən qoruyur.
Mənbə:duzlu kələm, qara qarağat, sitruslar.
Miqdarı:60 mq.
5) E vitamini
Dərini yaxşılaşdırır, toxumaları üçün zəruridir. Vitamin E-nin çatışmazlığı nəticəsində dəri tez qocalır və piqment ləkələri əmələ gəlir.
Mənbə:kəpək, yaşıl yarpaqlı tərəvəzlər, bitki yağı, günəbaxan tumu, qoz-fındıq, dənli bitkilər.
Miqdarı:8 mq.
6) D vitamini
Onun əsas vəzifəsi bədəndəki sümük və dişlər üçün vacib olan kalsiumu udmağa kömək etməkdir.
Mənbə:Onu günəş şüaları əmələ gətirir. O həm də süd məhsullarında, bitki və kərə yağının, balığın tərkibində olur.