Qadin.NET / Bizdə hansı vitaminlər çatışmır?

Bizdə hansı vitaminlər çatışmır?

Bizdə hansı vitaminlər çatışmır?
Bu gün sizlərə  vitaminlər haqqında danışacağam. Görək hansı halda bizə vitaminlər kömək edə bilər!

Əgər siz özünüzdə xroniki yorğunluq hiss edirsinizsə, sizə askorbin turşusu və D vitamini kömək edə bilər . Bu çatışmazlığı bərpa etmək çox cətin deyil. Meyvə-tərəvəzi bacardıqca çox yeyin.Qarabaşaqdan,düyüdən,darıdan,yulafdan hazırlanmış yeməklər yeyin. D vitamini qəbul etmək üçün ultrabənövşəyi vannalar qəbul edin,dəniz havası bu halda mütləqdir. Yalniz qızmar günəşdən ehtiyatlı olmaz lazımdır.

Əgər gün ərzində gözlərinizin yorulduğunu və zəiflədiyini hiss edirsinizsə, demək, sizdə B2 vitamini çatışmazlığı var. Bu zaman yerkökü, ispanaq, balıq, qaraciyər, pendir və yumurta ilə süfrənizi zənginləşdirin.
Əgər sizdə həzm narahatlığı varsa, daha çox yağsız ət,qaraciyər,balıq,toyuğun və hinduşkanın döş ətini yemək məsləhətdir.

Bizdə hansı vitaminlər çatışmır?

Bəzən olur ki,yüngül təkandan belə dəri göyərir, bu, askorbin turşusunun çatışmazlığıdır. İtburnu və qara qarağatda C vitamini çoxdur. Bunlarla yanaşı, sitrus meyvələri yemək lazımdır.
Bəzən insanlarda belə xoşagəlməz vəziyyət olur: hər gün yuyunaraq müxtəlif ətirlərdən istifadə etsə də, ondan pis qoxu gəlir. Demək, belə insanlarda B 12 vitamini çatışmır. Bu zaman qırmızı ət və yumurta xeyirlidir. 

Bizdə hansı vitaminlər çatışmır?

Səhər yerinizdən qalxanda gözlərinizin altı şiş olursa və yaxud ümumiyyətlə, şişlərdən əziyyət çəkirsinizsə, bu, böyrək xəstəliyinin əlaməti ola bilər.Yox, əgər böyrəkləriniz sağlamdırsa, o zaman sizdə V6 vitamini çatışmır.Bu zaman paxlalı bitkilər,dəniz məhsulları xeyirlidir.

Bizdə hansı vitaminlər çatışmır?

Dişləriniz tez-tez sınırsa, bu, kalsium çatışmazlığındandır. Bunun üçün ağartıdan istifadə etmək xeyirlidir.
Meyvə-tərəvəzi uzun müddət suda saxlamaq olmaz.Bu zaman onlar vitaminlərini suya verərərək itirirlər. Bişirdiyiniz tərəvəzləri heç vaxt qaynatmayın,vam odda bişirin.

1 aprel 2013
GO BACK