Bilmədən etdiyimiz hərəkətlərin, düşüncələrimizin, hətta vərdişlərimizin beyin funksiyanlarımıza mənfi təsir göstərdiyini bilirdinizmi? Baxın, həmin 10 pis vərdiş aşağıdakılardır:
1. Nahar etməmək: Nahar etməyənlərdə qandakı şəkər səviyyəsi aşağı olar. Bu vəziyyət beynin lazımi qədər qidalanmamasına və nəticədə beyin degenerasiyasına gətirib çıxarar.
2. Həddindən artıq yemə: Beyin arteriyalarının sərtləşməsinə səbəb olar, bu da zehin gücünün azalmasına gətirib çıxarar.
3. Siqaret çəkmək: Beyin büzülməsinə səbəb olar və Alzheymer xəstəliyinə yol aça bilər.
4. Şəkərdən çox isifadə etmək: Çox şəkər zülalların və qidaların sorulmasını dayandırar, balanssız bəslənməyə səbəb olar və beynin inkişafına mane ola bilər.
5. Hava çirkliliyi: Beyin bədənimizdə ən çox oksigen istifadə edən orqandır. Çirkli hava ilə tənəffüs beyinə gedən oksigeni azaldar və beynin işləmə qabiliyyətini aşağı salar.
6. Yuxu çatışmazlığı: Yuxu beynimizin istirahət etməsini təmin edir. Yuxudan uzun müddətli məhrum olmaq beyin hüceyrələrinin ölməsini sürətləndirər.
7. Yatarkən başı örtmək: Başı örtərək yatmaq karbon konsentrasiyasını artırar və beynə ziyan verən təsirlərə yol aça bilər.
8. Xəstəlik zamanı beyni işlətmək: Xəstə ikən çox işləmək və ya öyrənmək beyin faktorlarının azalmasına yol aça və beyinə ziyan verə bilər.
9. Xəbərdaredici düşüncələrdə əskiklik: Düşünmək beyin gimnastikası üçün ən yaxşı yoldur. Beyni xəbərdar edən düşüncələrin əskikliyi beyin daralmasına yol aça bilər. Çarpaz tapmaca və Sudoku oyunları beyin üçün yaxşı məşqdir.
10. Az danışmaq: Zehni söhbətlər beynin fəaliyyətini inkişaf etdirər.