Ağrı və yorğunluq şikayətləriylə aylarla hətta illərlə diaqnozu qoyula bilmədiyi üçün həkim-həkim gəzən, bir çox insan əslində fibromiyalgiya xəstəsidir.
Doktor fizioterapist Qəmzə Şənbursa tibbdə, yumşaq əzələ revmatizmi olaraq təyin olunan, qadınlarda kişilərə görə 7 qat daha çox rast gəlinən hiyləgər xəstəlik haqqında bu məlumatları verdi:
Fibromiyalgiya - depressiya, , qarında köp, yorğunluq və yuxu pozuqluqları ilə bilinən oynaq, sümük və yumşaq toxumada ağrıya səbəb olan bir xəstəlikdir. Bu xəstəlik 2 növ olaraq təsnif edilə bilər. Birinci tip daha sıx görülər və səbəbi naməlum olanlardır. İkinci tip isə spesifikdir, yaralanma və cərrahi əməliyyat sonrası inkişaf edər. Bəzən genetik faktorlarla da əlaqəli ola bilir.
18 həssas nöqtə
Fibromiyalgiya xəstələrində bəzi həssas nöqtələr vardır. Həssas nöqtələr, boyun, çiyin, üst sinə və bel bölgəsindədir. Cəmi 18 həssas nöqtə vardır. Xəstəlik baş gicəllənməsi, migren, tez-tez sidiyə çıxma, çənə ağrısı, dəri həssaslığı kimi fərqli patologiyalarla özünü göstərir. Diaqnoz qoyulması üçün 18 həssas nöqtənin ən az 11-ində ağrı müəyyən edilməlidir.
Necə müalicə edilir?
Fibromiyalgiyanın müalicəsində əsl məqsəd ağrı - spazm- ağrı halqasının qırılmasıdır. Əl ilə sümüklərə edilən boşaltma və spazmı həll etməyə istiqamətli tətbiqlər, yumşaq əzələlərin hərəkətinin artmasına səthi qan axınının artmasına və ağrının azalmasına köməkçi olar. Onurğaya istiqamətli edilən əllə hərəkətlər, toxumaları və orqanları dəstəkləyən, bağlayan ya da ayıran sümüklərin hərəkətini artırır. Ağrıya həssas strukturlar üzərindəki təzyiqi azaldar və sümük mayelərini hərəkətə keçirər. Onurğada oynaq aralığında artıma gətirib çıxararaq əzələ spazmını azaldar. Meditasiya, yoga, hipnoz kimi rahatlama məşqləri müalicə müddətində təsirlidir.
Fibromiyalgiyalı xəstələrinin necə qidalanması də əhəmiyyətlidir.Bu xəstələrin xüsusilə şəkər, kofein və spirt qəbulunda diqqətli olmaları lazımdır. Bəzi araşdırmalara görə maqnezium qəbulu fibromiyalgiyalı xəstələrin ağrılarını azaltmağa köməkçi olur.