Yuxudan sonra gümrahlığa ehtiyacınız olsa,kofe və ya digər stimulyatorlara arxayın olmayın.Kontrast duşdan istifadə edin.
Mən bundan daha effektiv üsul tanımıram. Stimulverici preparatlardan fərqli olaraq,kontrast duş orqanizmdən ilkin enerji tələb etmir.Belə duşdan sonra adətən,həb qəbulundan sonra meydana çıxan yatma reaksiyası yaranmır.
Tələb olunanlar:
-duş
-böyük dəsmal
1.İlıq duşdan başlayaraq tədricən dözənə qədər temperaturu artırın.
2.Cəld hərəkətlə kranı soyuq suya keçirin və 15-30 saniyə bu vəziyyətdə saxlayın.
3.Kranı yenidən bir dəqiqəlik isti suya, sonra yenə də 30saniyəlik soyuq suya keçirin və proseduranı neytral duşla bitirin.
Kontrast duş ürəyinizin işləmə sürətini və qovulan qanın miqdarını artıraraq qan dövranını stimullaşdırır.Nəfəs almanın dərinliyini eləcə də ağ ciyərlərin həcmini artıran duş,tənəffüsü yaxınlaşdırır.Kontrast duşun immun sisteminin fəaliyyətinin yaxşılaşmasına səbəb olan ağ qan hüceyrələrinin sayını artırdığı da məlumdur.Nəticədə insanın soyuqdəymə və digər infeksiyalara meylliliyi azalmış olur.
DİQQƏT! Ürək xəstələrində, habelə yüksək qan təzyiqi, qaraciyər və böyrək xəstəliklərinə bu prosedurdan istifadə etmək məsləhət deyil. Bu barədə öz həkiminizlə məsləhətləşin.
Soyuq əlcəklə sürtmə təsirinə görə kontrast duşa bənzəyir,lakin o daha kəskin stimullaşdırıcı effektə malikdir.Kontrast duş kimi soyuq əlcəklə sürtmə də gümrahlıq gətirir,ürəyin fəaliyyətini və qan dövranının vəziyyətini stimullaşdırır,immun sistemini möhkəmləndirir.
Bu proseduru isti təpitmələrlə birlikdə həyata keçirməklə daha böyük effekt əldə etmək olar.
Tələb olunanlar:
-Soyuq(yaxşı olardı, ki buz kimi)su ilə dolu qab
-Dəsmal
-Dəsmal materialından 2 əlcək(əlinizə kiçik bir dəsmalda dolaya bilərsiniz)
1.Əlcəyi soyuq suda isladıb sıxın.
2.Proseduranı qoldan başlayın: əl- qol- çiyin nahiyəni qızaranadək sürtün.
3.Digər qola keçməzdən öncə, o birini yaxşı-yaxşı qurulayın.
4.Tez-tez əlcəkləri soyuq suya salın ki, onlar soyuq olsunlar.
5.Döş və ürək nahiyələrini sürtün.
6.Boynu və üzü sürtməzdən əvvəl yaxşıca qurulanın.
7.Dizləri və budları sürtün.
Bütün prosedura 10dəqiqədən az bir vaxt lazımdır.Proseduradan sonra yaxşıca isindiyinizə əmin olun.
Prosedurlardan sonra gümrahlığınıza məəttəl qalacaqsınız.