Qadin.NET / Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları

Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları

Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Sakitləşdirici nəfəsalma (yoqların dolu nəfəs alması) - oturaraq, ayaq üstə və ya uzanaraq 
 

Yavaşca yeddiyə qədər sayaraq burunla sinə dolu havanı çəkmək və eləcə də buraxmaq lazımdır. Nəfəsi çəkərkən qarnı qabağa gətirərək, qabırğaları eninə çəkirsiniz (çiyinləri düz tutursunuz), havanı buraxarkən qarnı bacardıqca içinizə çəkirsiniz. Nəfəsi alandan sonra onu saxlayırsınız, ta ki, nəfəsi buraxmağa təbii istək yaransın. Yoqlar israr edirlər ki, həvəslə nəfəs almaq lazımdır.
Nəfəs alarkən belə təsəvvür edirsiniz ki, guya sizin orqanizminizə oksigenlə bərabər həyatverici kosmik Prana enerjisi daxil olur, ciyərlərinzə daxil olan hava isə orqanizminizi oksigenlə təchiz edərək, qana daxil olur və bütün bədəninizə yayılır, hər bir hüceyrəni, hər bir orqanı qidalandırır. Bu zaman siz hiss edirsiniz ki, sizin fikirləriniz aydınlaşır, ürək və başqa orqanlar həyatverici enerji ilə təchiz olunur. Siz nəfəsalmadan həzz alırsınız. Terapevtik təsirləri: tam sakitlik hissi, oksigenin qana axını. Bu məşq əsəbləri sakitləşdirir, həzmetməni yaxşılaşdırır, bütün daxili orqanları masaj edir.

Tonuslaşdırıcı nəfəsalma (Kumbakha) - ayaqüstə, oturaraq, uzanaraq

Fikrinizi ürəkdə təmərküzləşdirin, 8-ə qədər saya-saya burunla nəfəs alın, nəfəsi 31 say saxlayaraq verin. Bu məşqə tədricən adət etmək lazımdır. Əvvəlcə nəfəsi 8 say, o biri gün 10 say və s. saxlayın. Ta ki, 31 say saxlamağı öyrənənə qədər. Bu məşq sinir sistemini qaydaya salır, insanı şüurlandırır, iradənin və qətiyyətin möhkəmlənməsinə gətirib çıxarır.

Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları

Aktivləşdirici nəfəsalma (Shuha-purvak)

Şanagüllə (lotos) vəziyyətində oturmaq (yəni bardaş quraraq), sağ əlin şəhadət barmağını alının mərkəzinə, 2 qaşın arasına qoyaraq enerjili nəfəs verəndən sonra, baş barmaqla burunun sağ dəliyini basmaq lazımdır. 4 nəbz döyüntüsü sayı qədər sol dəlikdən nəfəs alırsınız. Ürəyin 16 döyüntüsü qədər nəfəsi saxlamalı, sonra sağ dəliyi buraxaraq orta barmaqla sol dəliyi basmalı. Nəbzin 8 döyüntüsünü sayaraq sağ dəlikdən nəfəsi verin. Barmaqlar yerində olmalıdır. Sağ dəlikdən 4 nəbz döyüntüsü sayı qədər nəfəs aldıqdan sonra, 16 nəbz döyüntüsü qədər nəfəsi saxlamalı, sonra sağ dəliyi basmalı və 8 nəbz döyüntüsü qədər nəfəs verməli. Sonra məşqi davam edirik. Zəif ciyərlərdə - 8-8-8, güclüdə - 4-16-8. Bu məşq insana qüvvət və gümrahlıq verir, həyat enerjisini aktivləşdirir, yorğunluqda, melanxoliyada, hipotoniyada faydalıdır.

Əsəbləri möhkəmləndirən nəfəsalma

Ayaq üstə durun, ayaqlar çiyinlərdən aralı vəziyyətdə olmalıdır. Nəfəsi asta-asta verərək eyni zamanda əlləri çiyin səviyyəsində ovuclar yuxarı vəziyyətdə qaldırıb, yumruq tutaraq nəfəsi saxlayırsınız, cəld dirsəkləri qatlayıb yumruqları çiyinə tərəf tutursunuz, sonra açıb, yenidən qatlayırsınız. Məşqi bir neçə dəfə təkrar edirsiniz. Nəfəs verən zaman əlləri aşağıda saxlayaraq istirahət edin. Bu zaman gövdə qabağa gəlməlidir. Əlləri cəld qatlamaq, açanda isə asta, böyük cəhdlə, ta əllər əsincə açırlar. Məşqi 3 dəfə təkrar etmək lazımdır. Terapevtik təsiri: sinir sistemini gücləndirir, insanda özünə inamı və mənəvi gücü artırır.

Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları

Ehae nəfəsalma

Ayaqları aralı tutursunuz. Dolu nəfəs alan kimi nəfəs alın və nəfəs verə-verə ətrafdan əlləri başınızın üstünə qaldırırsınız. Bir neçə saniyə nəfəsi saxlayın, birdən qabağa əyilin və əllərinizi qarşınızda sallayın. Eyni zamanda ağızla nəfəs verməli və ehae səsini çıxartmaq lazımdır. Bu səs nəfəsvermə hesabına çıxmalıdır, səs telləri hesabına yox. Asta nəfəs alaraq dikəlirsiniz, gərgin olaraq əllərini yuxarı qaldırırsınız və asta nəfəs verərək əlləri aşağı salırsınız. Terapevtik təsiri: soyuqla mübarizə aparmağa kömək edir, ciyərləri təmizləyir, tonuslaşdırır.

10 noyabr 2013
GO BACK