Vitaminlər-qidanın tərkibində olan,orqanimdə gedən daimi mübadilə proseslərinə katalizator kimi təsir edən üzvi birləşmələrdir.Orqanizmimizdə də təbiətinə və təsirinə görə vitaminlərə bənzəyənkimyavi maddələr istehsal olunur.Bu maddələr istehsal olunur.Bu maddələr hormonlar adlanır.
D vitamini,yaxud günəş vitamini adlandırılan vitamini aslində hormonnlar sırasına daxil etmək lazım idi.
Çünki,o müxtəlif növ qida məhsullarının tərkibində olmasına baxmayaraq,günəş şüasının dəriyə təsiri zamanı orqanizm tərəfindən sərbəst surətdə istehsal olunur.
Orqanizmin D vitamininə gündəlik təlabatı 400 vahiddir.Əgər üzünüzü cəmi 15 dəqiqə müddətinə günəş şüalarının altına tutsanız,gündəlik təlabatınızdan daha çox D vitamini almış olarsınız.
D vitamini nə üçün lazımdır?
O insan skeletini lazımı miqdarda kalsium və fosforla təmin edir,sümükləri möhkəmləndirir,düzgün formada saxlayır;skeletd' deformasiyalarla müşahidə olunan ağır-xəstəliyin-raxitin qarşısını alır.Raxit təkcə uşaq xəstəliyi deyil,böyüklərdə buna bənzər osteomalyasiya xəstəliyinə(sümüklərin yumşalması)təsadüf edilir.
D vitamini kalsium və fosforun bağırsaqlarda sorulması prosesində mühüm rol oynayır.Bu maddələr qana keçərkən,D vitamini onların daşınmasına və paylanmasına kömək edir.Bundan əlavə,o sümüklərdə lazımı miqdarda və nisbətdə fosfor və kalsiumun toplanmasını təmin edir.
Günəş işığı dərinin altında yığılan xolesterindən və bəzi bitki mənşəli sterinlərdən D vitamini əmələ gəlir.Bu zaman o orqanizmdə yığılmış xolesterinin bir hissəsini xaric edir-bu maddə isə çoxumuzdan həddindən artıq miqdardadır.Beləliklə əgər orqanizminizdəki xolisterinin miqdarını azaltmaq istəyirsinizsə,günəşdə qızının-bu sizə kömək edər!